2025-ci ilin yazında ən dəbli SAÇ RƏNGİ - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
2025-ci ilin yazında gözəllik sənayesində yeni bir trend yaranıb - "raffia bronde" adlanan saç rəngi. Bu rəng isti qızılı və bal tonlarının harmonik birləşməsidir və təbii, günəş işığı saçan bir görünüş yaradır. Rəngin adı raffiti adlanan təbii lifdən götürülüb - bu material açıq, saman rəngi ilə tanınır.
Milli.Az xəbər verir ki, Britaniyalı məşhur stilist Tom Smit bu çaları "bej rəngli raffia lifinə" bənzədir və qeyd edir ki, rəng nə çox parlaq, nə də çox solğun olduğu üçün il ərzində asanlıqla tənzimlənə bilər - yaz və yay üçün açıq, payız və qış üçün isə daha dərin və zəngin tonlara keçmək mümkündür.
Niyə məhz "raffia bronde?"
Bu rəngi təsəvvür edin: günəşli bir blondun istiliyi ilə qəhvəyə çalan rahat bir tonun birləşməsi, üzərinə isə karamelvari yüngül bir parlaqlıq əlavə olunub. Sanki təbii raffia lifindən hörülmüş zərif saman şlyapaların rəngi saçlara köçürülüb - bu da rəngin adının ilham mənbəyidir.
"Raffia bronde" boyama stili təbii və zərif keçidlər ilə seçilir. Bu saçlar parlaq və canlı görünür, gün işığında isə küləklə dalğalanan dəniz kimi müxtəlif bucaqlardan fərqli tonlar əks etdirir. Stilistlər qeyd edirlər ki, bu rəngi fərdi zövqə və mövsümə uyğun şəkildə tənzimləmək çox asandır.
Kimlərə yaraşır?
Bu çaların ən üstün cəhətlərindən biri demək olar ki, hər kəsə yaraşmasıdır. Saçınız düz, dalğalı və ya buruq olsa belə, "raffia bronde" saçın təbii quruluşunu ön plana çıxararaq həcm və yüngüllük verir. Məşhurlar arasında bu zərif boyamanın artıq bir çox pərəstişkarı var - Şakira, Mayli Sayrus və Holli Berri kimi stil ikonaları bu rəngi seçənlərdəndir. Bu da bir daha onun aktual və zövqlü olduğunu sübut edir.
Əgər yaz aylarında imicinizi təzələmək istəyirsinizsə, lakin kəskin dəyişikliklərə hazır deyilsəniz, "raffia bronde" ideal seçim ola bilər. Bu rəng təbiiliyi, dəbli görünüşü və rahat qulluq imkanları ilə seçilir. Digər tələbkar texnikalardan fərqli olaraq, tez-tez rəng yenilənməsi tələb etmir, bu da onu gündəlik həyatda olduqca praktik edir. /lent.az
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Erlinq İnternetdə viral olan videosunu təkrarladı - (Video)
-
Bakıda ildə 3-4 dəfə təmir olunan yol yenə çökdü - (Video)
-
Günün qoroskopu: Səbrinizi sınayacaq bir vəziyyətlə qarşılaşa bilərsiniz
-
Bakıda xəstəxana pasiyentlərin yeməyini kəsir? - (Video)
-
Tovuza dolu düşüb - (Video)
-
Tarixdə ilk: İnsanla robot arasında döyüş keçirildi - (Video)
XƏBƏR LENTİ
-
Erlinq İnternetdə viral olan videosunu təkrarladı - (Video)
-
Ceyhun Bayramov Əraqçi ilə görüşdü
-
Aktyor Rəşad Səfərov xəstəxanaya yerləşdirildi - Yenilənib
-
Bu gün bəzi rayonlarda işıq olmayacaq - Yenilənib
-
Bakıda ildə 3-4 dəfə təmir olunan yol yenə çökdü - (Video)
-
“Kuba tamamilə iflas etmiş bir dövlətdir” - Tramp
-
Günün qoroskopu: Səbrinizi sınayacaq bir vəziyyətlə qarşılaşa bilərsiniz
-
Polşa Orta Dəhlizdən qazanmaq istəyir, lakin "həm nala, həm də mıxa" vurmaq alınmayacaq
-
Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasının sədri ilə görüşüb - (Foto)
-
Bakıda xəstəxana pasiyentlərin yeməyini kəsir? - (Video)
-
Tovuza dolu düşüb - (Video)
-
Elnarə Əliyeva vəfat etdi - (Foto)
-
İrandakı səfirliyimizdən ölkəyə qayıtmaq istəyənlərə - Bildiriş
-
Zelenski və Tramp Nyu-Yorkda görüşüb
-
Bakı qlobal təhlükəsizlik gündəminin mərkəzində: 100-dən artıq ölkə bir araya gəldi
-
“Sabah”ın gənc azarkeşi vəfat etdi - (Foto)
-
Oğuz və Şəkidə tikilən su anbarı: Torpaq sahələri üçün 471 min manatdan çox ödəniş nəzərdə tutulur
-
İsmət Cəfərova yüksək vəzifə verildi
-
Qazax Rayon Psixiatriya Xəstəxanasında yanğın - 44 xəstə təxliyə edildi - (Foto)
-
Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
-
Tarixdə ilk: İnsanla robot arasında döyüş keçirildi - (Video)
-
Meymun tanınmış yazıçının həyat yoldaşını öldürdü - anbaan (Video)
-
Azərbaycanla Ermənistan arasında davamlı sülhün bərqərar olmasını arzulayırıq - Ərdoğan
-
Dambrauskas bölgələrimizə heyran qaldı - (Foto)





