Qızıl unitaz oğurlandı: dəyəri 5 milyondan çox - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İngiltərədə yerləşən Blenheim Sarayında nümayiş etdirilən 4,8 milyon funt sterlinq dəyərində qızıl unitazın oğurlanması ilə bağlı məhkəmə prosesi yekunlaşıb. Hadisədə əli olan cinayətkar dəstənin üzvləri günahkar bilinib.
Milli.Az trt haber-ə istinadən xəbər verir ki, Oxforddakı tarixi sarayda təşkil edilən sənət sərgisindən bir neçə saat sonra baş verən oğurluğun əvvəlcədən planlaşdırıldığı müəyyən edilib.
Cinayətkarlar qapıları qıraraq binaya daxil olub, unitazı yerindən sökərək tez bir zamanda qaçıblar. Təhlükəsizlik kameraları beş nəfərin soyğun əməliyyatında iştirak etdiyini göstərsə də, polis yalnız James Sheen və Michael Jones adlı şəxsləri yaxalaya bilib.
Məhkəmə nəticəsində:
-Michael Jones oğurluğun təşkilində günahkar bilinib.
-Fred Doe oğurlanmış qızılı satmağa cəhd etməkdə günahkar bilinib.
-Bora Guccuk isə eyni ittihamdan bəraət alıb.
İstintaq nəticəsində soyğun liderinin James Sheen olduğu müəyyən edilib. 2005-ci ildən bu yana altı dəfə həbs cəzası alan Sheen, müxtəlif dələduzluq və oğurluq əməliyyatları ilə 5 milyon funt sterlindən çox gəlir əldə edib.
Məhkəmədə təqdim edilən sübutlara əsasən, unitaz oğurlandıqdan qısa müddət sonra hissələrə ayrılıb və satılıb. Polis hələ də əsərin heç bir hissəsini bərpa edə bilməyib.
Məhkəmə sənədlərində Blenheim Sarayında müasir təhlükəsizlik sisteminin olmadığı qeyd edilib. Unitaz sadəcə nazik bir taxta qapının arxasında saxlanılıb və gecə saatlarında sərgi sahəsi təhlükəsizlik kameraları ilə izlənilməyib.
Hadisə zamanı polis siqnal çaldıqdan beş dəqiqə sonra əraziyə gəlsə də, cinayətkarlar artıq qaçmışdı.
Məlum olub ki, James Sheen və onun cinayətkar dəstəsi ümumilikdə 5 milyon funt sterlinin üzərində qanunsuz gəlir əldə edib, lakin bu məbləğin böyük hissəsi geri qaytarılmayıb. Məhkəmə Sheen-in cəmi 900 min funt sterlin qazandığını müəyyən etsə də, geri qaytarılacaq məbləği simvolik olaraq 1 funt sterlin olaraq təyin edib.
Bu qərar, İngiltərədə cinayət yolu ilə əldə edilən gəlirlərin geri qaytarılması sisteminin səmərəliliyi ilə bağlı müzakirələri yenidən alovlandırıb.
Keçmiş Daxili İşlər Naziri David Blunkett məsələ ilə bağlı bildirib:
"Sheen və onun kimilər qanun sistemini ələ salır. Buna daha çox icazə verə bilmərik."
Məhkəmə günahkar şəxslərin cəzalandırılacağını açıqlayıb. Polis isə hələ də oğurlanmış sərvətin izinə düşmək üçün araşdırmaları davam etdirir. /BAKU.WS
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Günün qoroskopu: Qətiyyətli addımlar atmaq üçün münasib vaxtdır.
-
Anar Ağakişiyevin eşitmə və danışma məhdudiyyətli gəlinlə bağlı paylaşımı maraqla qarşılandı - (Video)
-
80 yaşlı Ajda Pekkanın son halı müzakirə yaratdı (Video)
-
Samir Piriyevin xanımı ilə maraqlı görüntüsü - (Video)
-
Elton Hüseynəliyevin ailəsində xeyir iş
-
Arda Gülərin yeni maaşı bəlli oldu – Kəskin artdı
XƏBƏR LENTİ
-
Bruno Marsa ağır itki - (Foto)
-
Günün qoroskopu: Qətiyyətli addımlar atmaq üçün münasib vaxtdır.
-
Azərbaycan ABŞ universitetləri ilə aqrar təhsil və elmi əməkdaşlığı genişləndirir - (Foto)
-
Zeynalabdin Allahyarov həbs olundu
-
"Real" Tibo Kurtuanın müqavilə müddətini uzadıb
-
Kristiano Ronaldo karyerasında 986-cı dəfə fərqləndi
-
Naftalanda 3 məktəblini maşın vurub - Yenilənib
-
"Polad Alemdar"ın son halı müzakirə yaratdı - (Foto)
-
Bakıda villada qanlı hadisə - (Video)
-
“Bitcoin” ucuzlaşdı
-
Tramp: İran bizim şərtlərimizi qəbul etmir
-
Yeni rekord olacaq: Bütün biletlər satıldı
-
45 yaşlı kişinin boyun damarı kəsildi - Vəziyyəti ağırdır
-
"Sabah"dan darmadağın, "Zirə"dən xal itkisi
-
Ordubadda ər-arvad eyni gündə vəfat etdilər
-
BDU-nun prorektoru vəzifəsindən azad edildi - (Foto)
-
Azərbaycan, Gürcüstan və Türkiyə hərbçilərinin iştirakı ilə “Eternity-2026” təlimi başa çatıb - (Foto)
-
Anar Ağakişiyevin eşitmə və danışma məhdudiyyətli gəlinlə bağlı paylaşımı maraqla qarşılandı - (Video)
-
Ləfxanımın atası, Xocalı soyqırımının şahidi Xocalıda dəfn olundu - (Foto)
-
Metroda problem yarandı, qatarlar yubandı
-
İŞİD-in “Vilayəti Xorasan” qruplaşmasının iki üzvü Azərbaycana gətirilərək həbs edilib - (Foto)
-
Millətlər Liqasında 1/4 finalın püşkü atıldı
-
Qətlə yetirilən Gülarənin atası - “Ayxan 2 ay idi gecələr yatmırdı” - (Foto)
-
Şuşa, mənim vətənim və uşaqlığım: həyat, xatirə hekayəsi və sülh mesajı





