Maraqlı

Alimlər Marsda "qurumuş insan başı" aşkar edib?..

20 Oktyabr 2024 04:05
Baxış: 426
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Qırmızı planetin fotoşəkillərində ayı, göbələk, döyüşçü, qaşıq, hətta həşərata oxşayan daşlar aşkar edilib..."
 
Marsda müşahidə edilən "pareydoliya" fenomeni naməlum obyektlərdə tanış formaları müəyyən etməyimizi izah edir.
 
Milli.Az moderator.az-a istinadən xəbər verir ki, bu barədə "Science Alert" nəşri yazıb.
 
Pareydoliya optik xülyadır, təsvirin əslində olmadığı yerlərdə qavrayışı deməkdir. Məsələn, siz ağac gövdəsində sifəti və ya səmada heyvanların fiqurlarını ayırd edə bilərsiniz.
 
"Perseverance" Marsoxodu qurumuş insan başını xatırladan və deyəsən parçalanıb bədəndən ayrılan obyekti qeydə alıb.
 
Lakin əslində vəziyyət o qədər də həyəcanlı deyil. Digər "qorxunc" tapıntılarda olduğu kimi, bu təsvirdə, sadəcə, qeyri-adi formada daş olduğu bəlli olub.
 
"Perseverance" Marsoxodu daşın təsvirini sentyabrın 27-də əks etdirib. Əgər başla oxşarlığı nəzərə almasaq, bu, sadəcə, yanında olan bir çoxları kimi, çöküntülü qumdaşıdır. Belə daşlar Marsda, xüsusilə su olan yerlərdə tez-tez rast gəlinir.

Bu daş öz formasına görə qeyri-adi görünür. Onun eroziyası və kameraya nisbətən vəziyyəti böyrüüstə olan baş xülyasını yaradır.
 
Marsda müşahidə edilən "pareydoliya" fenomeni naməlum obyektlərdə tanış formaları müəyyən etməyimizi izah edir və Marsın fotoşəkillərində kifayət qədər yayılıb. Qırmızı planetin fotoşəkillərində artıq ayı, göbələk, döyüşçü, qaşıq və hətta həşərata oxşayan daşlar aşkar edilib.
 
Bu kəşflər o zaman baş verir ki, bizim beynimiz obyektlərin, kölgənin və formaların yerləşməsini qavrayır, onun bəzi sahələri isə digərlərinə nisbətən daha erkən nəticələr çıxarır. Beyində hətta sifətlərin tez qavranılması üçün xüsusi sahəsi mövcuddur. 
 
Marsdakı daşın forması insan başını xatırlatsa da, bu o demək deyil ki, Qırmızı planetdə nə zamansa mürəkkəb həyat olub.
 
Xatırladaq ki, Avropa Kosmik Agentliyi Marsda duz çöküntülərindən formalaşan nəhəng "smayl" (təbəssüm) aşkar edib. Bu kəşf planetin tarixi barədə yeni məlumatlar əldə etməyə imkan verə bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.