Bakıda hərrac vasitəsi ilə satışa çıxarılan binanın qiyməti 2.47 milyon manat ucuzlaşdırılıb.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, Bakıda, Səbail rayonu, Abbasqulu Abbaszadə küçəsi, 108 ünvanında yerləşən xüsusi müsadirə edilmiş bina 22 milyon 232 min 700 manata yenidən satışa çıxarılıb.
Bununla bağlı Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 26 sentyabr 2024-cü il tarixdə hərrac keçiriləcək.
Bundan əvvə isə bina 27 avqust 2024-cü il tarixdə 24.7 milyon manata satışa çıxarılmışdı. Binanın ərazisi 18972.2 kvadrat metrdir.
Hərracda iştirak etmək istəyən fiziki və hüquqi şəxslər satışa çıxarılan əmlaka sifariş vermək üçün Əmlak Xidmətləri Məkanına müraciət edə bilərlər. Hərraclarda sifariş və digər zəruri sənədləri təqdim etmiş, satılan əmlakın ilkin satış qiymətinin 10% həcmində behi ödəmiş hüquqi və fiziki şəxslər iştirak edə bilərlər. Sifarişlər Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20 ünvanında) hərracın keçirilməsinə ən geci 3 bank günü qalanadək qəbul edilir.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun