Maraqlı

Planetin iqlim sisteminin energetik balansı pozulub

1 Sentyabr 2024 00:07
Baxış: 579
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Qlobal tullantılardan yaranan artıq istiliyin 90 faizi okeanda saxlanılır, bu da onun istiləşməsinə gətirib çıxarır...".
 
Dənizdə istilik dalğaları getdikcə daha uzunmüddətli olur və tez-tez planetdə ümumi iqlim dəyişiklikləri fonunda baş verir.
 
Milli.Az moderator.az-a istinadən xəbər verir ki, bu barədə "euronews.com" nəşri məlumat yayıb.
 
İqlim dəyişiklikləri üzrə hökumətlərarası Ekspert Qrupunun tanınmış okeanoqrafı və eksperti, doktor Karina fon Şukman Yerin energetika balansının pozulmasını okeanların sürətlə istiləşməsinin başlıca səbəbi kimi qeyd edib. 
 
"Dünya okeanı planetin istiləşməsinin qarşısını alır, - o, qeyd edib. - Biz okean hərarətini səthdən daha dərin qatlarınadək ölçdükdə okeanın istilik saxlamasına bel bağlaya bilərik. Biz görürük ki, qlobal miqyasda okean istiləşir. Bu onu göstərir ki, Yerin energetika balansı pozulub".
 
"Biz enerjini Günəşdən alırıq, - alim izah edir, - və bir qayda olaraq müəyyən zamandan sonra çoxsaylı qarşılıqlı əlaqələr, buxarlanma, yağıntılar, əksetmə, udma baş verdiyindən istilik bizim iqlim sistemimizi tərk edir və adətən enerjinin kvazitarazlıq halı yaranır.
 
Lakin sistemdə istixana qazları mövcud olduğundan sistemdən daha az enerji çıxır. Ona görə də atmosferin yuxarı hissəsində disbalans yaranır. Yəni enerji çox miqdarda daxil olur, az miqdarda çıxır. Bu da istiliyin toplanmasına gətirib çıxarır".
 
Bu istiliyi iqlim komponentləri özünə çəkir. Onun xeyli hissəsini okeanlar udur. Fon Şukmanın sözlərinə görə, qlobal tullantılardan yaranan artıq istiliyin təxminən 90 faizi okeanda saxlanılır, bu da onun istiləşməsinə gətirib çıxarır. "Lakin bu həm də onu göstərir ki, Yer planeti energetik balansdan çıxıb", - o, vurğulayıb.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.