Ölkə

İstirahət mərkəzində əməliyyat: həbs olunan var

14 Sentyabr 2024 22:50
Baxış: 1 696
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sumqayıtda işlədiyi istirahət mərkəzini qumarxanaya çevirən ofisianta cinayət işi açılıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, söhbət Sumqayıt-Novxanı yolunda yerləşən restoranlardan birindən gedir.

Burada ofisiant işləyən, Sumqayıt şəhər sakini İ.Məmmədov qumar oyunlarının təşkilində ittiham olunub. Belə ki, o, müştərilərin mərc oyunları oynaması üçün qapıda gözətçi rolunda dayanaraq, onlara şərait yaradıb. Bunun üçün isə İ.Məmmədov müştərilərdən müəyyən məbləğdə pul vəsaiti alıb.

Bu hadisələr dəfələrlə təkrarlanıb. Onun qumar oynayanlara sonuncu "gözətçiliyi" 2023-cü il sentyabrın 21-də olub. Həmin gün gecə saat 1 radələrində polis əməkdaşları daxil olmuş məlumat əsasında restoranda əməliyyat keçiriblər. Nəticədə İ.Məmmədov və qumar oynayanlar saxlanılaraq, şöbəyə aparılıb.

İ.Məmmədov Cinayət Məcəlləsinin 244-1.2.1-ci (qumar oyunlarının keçirilməsi və təşkili, təkrar törədildikdə) maddəsi ilə ittiham olunub. Onun barəsində başqa yerə getməmək haqqında iltizam tədbiri seçilib.

Hazırda cinayət işi hakim Samir İsmayılovun icraatında araşdırılır.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.