Maaş, pensiya və müavinətlər artacaq - 2 milyard ayrıldı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
2025-ci ildə Azərbaycanda sosial müdafiə və sosial təminat xərclərinin 4 milyard 998 milyon manat olması nəzərdə tutulur.
Milli.Az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin hesabatında bildirilib. Bu, 2024-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 13,8 % çoxdur.
Eyni zamanda Azərbaycanın 2025-ci il üçün icmal və dövlət büdcələrinin layihələri hazırlanarkən "Azeri Light" markalı neftin 1 barelinin qiyməti 70 ABŞ dolları götürülüb. Bu rəqəm 2024-cü illə müqayisədə 5 ABŞ dolları azdır.
Azərbaycanda sosial müdafiə və sosial təminat xərclərinin artırılmasını nəzərə alsaq bunun pensiya, maaş və müavinətlərə necə təsir edəcəyi maraqla qarşılanır.
Milli.Az xəbər verir ki, iqtisadçı-ekspert Xalid Kərimliyə baku.ws-ə açıqlamasında bildirdi ki, yeni büdcənin əsas xüsusiyyətlərindən biri neftin qiyməti ilə bağlıdır və 70 dollar kifayət qədər yüksək rəqəmdir:
"Hazırda qiymətlərdə müşahidə edirik ki, 75-80 dollar arasında neft ticarət olunur və gələn il üçün də ümumiyyətlə neftin orta qiymətinin 70 dollardan aşağı olacağı gözlənilir. Büdcə hazırlanarkən neftin qiyməti kritik götürülüb.
Büdcə 2024-cü ilin artırılmış büdcəsi ilə təxminən eynidir. Açıqlanan rəqəmlər hələ təsdiq olunmayıb. Növbəti mərhələdə Milli Məclisdə büdcəyə baxılacaq, buna dəyişikliklər və təklif hazırlanacaq.
Hazırki rəqəmlərə əsasən, 39 milyard 670 milyonluq büdcənin 63 faizinin (təqribən 25 milyard manat) cari xərclərə ayrılması nəzərdə tutulub. 12,3 milyard manat investisiya xərclərinə, yerdə qalan hissə isə dövlət borcunun ödənilməsi ilə bağlı xərclərə gedəcək.
Büdcədə diqqəti cəlb edən məsələ cari xərclərin 25 milyard manata qaldırılmasıdır. Ötən il bu rəqəm 23 milyard təşkil edirdi. Təqribən 2 milyard manatlıq cari xərclərin artımı əsasən əmək haqqı, pensiya, sosial müavinət, sosial ödənişlərin və ünvanlı sosial yardımların artımına yönələcək. Artımlarla bağlı dəqiq rəqəmlər 2025-ci ilin yanvar ayında məlum olacaq.
Statistik məlumatlara əsasən, indiki dövrdə yanvar-iyul aylarında 8,3 faizlik rəqəm görünür. Bu temp saxlanılsa, gələn ilin büdcəsində pensiyalar ən azı 8,3 faiz artırılacaq. Hesab edirəm ki, minimum əmək haqqında 10 -15 faizlik artım olacaq və bu da büdcədə maliyyələşən şəxslərin maaşlarına təsir göstərəcək.
Hazırda inflyasiya 3,5 faiz ətrafındadır. Ünvanlı sosial yardımlar, yaşayış minimumu kimi məsələlərdə məhz bu inflyasiya rəqəminə uyğun olaraq müəyyənləşəcək. Təqribən onlarda da inflyasiya rəqəminə uyğun artımlar nəzərdə tutulacaq".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
Gələn il Azərbaycanın müdafiə və milli təhlükəsizlik xərcləri 1,1 faiz artacaq
-
Azərbaycanın 2027-ci ildə xərc üzrə siyasətinin əsas istiqamətləri açıqlanıb
-
Gələn il dollar neçəyə olacaq? - rəsmi
-
Azərbaycanın inflyasiya proqnozu açıqlanıb
-
Azərbaycanın iqtisadi artım proqnozuı açıqlanıb
-
Azərbaycan neftinin qiyməti 128 dollara çatdı
XƏBƏR LENTİ
-
Yatanda işığı açıq saxlamaq ürəyə ziyandır
-
Bu aylarda doğulanların taleyi dəyişəcək
-
Xarici onlayn platformlardan alınan xidmətlərin qiyməti dəyişir - (Video)
-
Dünyanın ən gözəl şəhəri - Venesiya və Barselonanı geridə qoydu
-
Vatikan ilk dəfə “Oskar”a namizədlik üçün film təqdim edəcək
-
"Sumqayıt yolu"ndakı tıxac problemi nə vaxt həll olunacaq? - (Video)
-
Qumbaranı evə Xədicənin qardaşı gətiribmiş - təfərrüat
-
Lənkəranda ağır qəza: "Mercedes Vito" TIR-a çırpıldı, ölənlər var - Yenilənib (Foto)
-
Günün qoroskopu: İntuisiyanızın dediklərinə güvənin
-
Tacir Şahmalıoğlu arıqlamasının səbəbini açıqladı
-
Tələbələr dərsə getmək üçün beton maneələri aşırlar - (Video)
-
Toyda bəy əsəbləşərək tortu yerə çırpdı - (Video)
-
İmişlidə zəlzələ olub
-
Paşinyan referendumdan imtina etdi: "Hələlik tezdir"
-
Vinisus Junior əsas heyətdə mövqeyini itirə bilər
-
Gələn il Azərbaycanın müdafiə və milli təhlükəsizlik xərcləri 1,1 faiz artacaq
-
Şəhid xanımı 4-cü mərtəbədən yıxılıb öldü
-
Azərbaycanın 2027-ci ildə xərc üzrə siyasətinin əsas istiqamətləri açıqlanıb
-
Məşhurlar Üzüm və Şərab Festivalında konsert proqramı ilə çıxış edəcək - (Video)
-
Gələn il dollar neçəyə olacaq? - rəsmi
-
Məşhur müğənninin müəmmalı ölümü: iki həkim həbs edildi
-
Azərbaycanın inflyasiya proqnozu açıqlanıb
-
Azərbaycanın iqtisadi artım proqnozuı açıqlanıb
-
“Messinin transferi üçün 500 milyon təklif etmişdim” - Massimo Moratti





