Cəmiyyət

Bəhruz Quliyev: “Parlament seçkiləri 30 ildən sonra Qarabağı və Şərqi Zəgəzuru əhatə etdi”

2 Sentyabr 2024 13:05
Baxış: 5 278
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Sentyabrın 1-də baş tutan VII çağırış Milli Məclisə seçkilərin tarixi özəlliyi ondan ibarətdir ki, seçkilər 30 ildən sonra ilk dəfə bütün ölkə ərazisində, o cümlədən işğaldan azad edilən Qarabağda və Şərqi Zəngəzurda keçirildi. Xankəndində, Şuşada, Əsgəranda, Xocalıda və digər işğaldan azad edilən ərazilərdə seçkilərin keçilməsini müşahidə edərkən bir daha ordumuzla qürur düyur , Ali Baş Komandanımız, Prezidentimiz İlham Əliyevin müdirik, uzaqgörən hərbi, siyasi, diplomatik strategiyası ilə fəxr edirik".

Bunu SİA-ya açıqlamasında  "Səs" qəzetinin Baş redaktoru Bəhruz Quliyev deyib.

Baş redaktor onu da müsbət hal olaraq qiymətləndirib ki, seçkilərin azad və demokratik şəraitdə keçirilməsini seçki prosesini yaxından izləmiş beynəlxalq müşahidəçilərdə təsdiq edirlər: "Hələ seçki ərəfəsi  imzaların toplanmasında  və imzaların dairə seçki komissiyalarına təqdim edilməsində və qeydə alınan namizədlərin ərazi üzrə bir-birinə qarşılıqlı hörmət şəraitində  təbliğat -təşviqat kampaniyasının aparılmasında hər hansı ciddi problemlər olmayıb".

Bəhruz Quliyev seçki prosesini çoxsaylı yerli və xarici media nümayəndələrinin də yaxından izlədiyini və bu zaman hər hansı neqativ halla rastlaşmadıqlarını söyləyib: "Seçki prosesini yaxından izləmək üçün dairə və məntəqə seçki komissiyalarında KİV-lər üçün hər cür şərait yaradılmışdır. Bununla yanaşı KİV təmsilçilərinin üzləşə biləcəkləri təzyiqlərin, narazılıqların, informasiyanın toplanmasına maneəçiliklərin dərhal həll edilməsi üçün Mətbuat Şurasında "qaynar xətt" yaradılmışdır. Bildiyim qədər seçki günü  hansısa media nümayəndəsinin "qaynar xətt"ə şikayət ünvanlaması ilə bağlı məlumat daxil olmayıb. Bu da media nümayəndələrinin  seçki prosesini azad  şəraitdə izləyib, informasiya topladıqlarını göstərir".

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.