Maraqlı

Ölməzdən 1 ay əvvəl hər kəsin gördüyü yuxular

8 Aprel 2024 02:02
Baxış: 1 729
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Los-Angeles hospitalının tibb bacısı Culie Fadden insanların ölməzdən əvvəl nə gördükləri ilə bağlı mühüm müşahidələrini paylaşın. O qeyd edib ki, "demək olar ki, bütün insanlar" ölməzdən təxminən bir ay əvvəl təsəlliverici görüntülər yaşayırlar.

Milli.Az lent.az-a istinadən bildirir ki, o, müşahidələrini "TikTok" hesabında paylaşıb.

"Qorxulacaq heç bir şey" kitabının müəllifi MakFadden deyir ki, "rahatlıq" deyilən görüntülər adətən ölümdən təxminən bir ay əvvəl baş verir. O, həyatlarının son mərhələsində xəstələrlə işləmək təcrübələrini ətraflı şəkildə izah edərək, onların bir çoxunun dünyasını dəyişən yaxınlarını görməyə başladığını qeyd edib.

"Bu hal qeyri-adi deyil. Bu təcrübəni yaşayan insanların çoxu tam şüurlu olaraq qalır və halüsinasiyalardan əziyyət çəkmir", tibb bacısı izah edib. Onun sözlərinə görə, bu görüntülərdə ölmək üzrə olan insan öz qohumlarını, yaxın dostlarını və hətta son anlarında onlara təsəlli vermək və dəstək olmaq üçün gələn ev heyvanlarını da əhatə edir.

MakFadden həmçinin qeyd edib ki, halüsinasiyalar və ya xəyalların nəticəsi olmayan bu görüntülər ölənlərə rahatlıq gətirir. Onun sözlərinə görə, belə görüntülər zamanı insanlar tam şüurlu olurlar.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.