Maraqlı

Kral və kraliçanı başsız qoyan, 3 min nəfəri edam edən məşhur cəllad - FOTO

2 Aprel 2024 22:35
Baxış: 741
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Onun bütün ailəsi edam xidməti ilə məşğul idi. Sansonlar nəsli 1688-ci ildən bəri edamları icra edirdi və bu peşə nəsildən nəsilə ötürülürdü.

Milli.Az lent.az-a istinadən məşhur cəlladın həyat yoluna qısa nəzər salır.

Şarl-Anri Sanson 1739-cu ildə anadan olub. O, uşaq vaxtı Ruen monastırlarından birinin nəzdindəki məktəbdə oxuyurdu. Amma 1753-cü ildə o məktəbi tərk etməil olur. Belə ki, tələbələrdən birinin atası övladının cəlladlar sülaləsindən olan bir şəxslə oxuduğunu öyrənir. Nəticədə, reputasiyasını korlamamaq və özəl təhsil almaq üçün oğlan məktəbi tərk etməli olur. Sansonun özü də peşəsini heç sevmirdi və həkim olmaq arzusunda idi, amma bu arzusu uğursuz nəticələr göstərdiyi üçün alınmır.

O, 1778-ci ildə, 39 yaşında ikən atasının yerinə cəllad kimi keçir. Sanson Böyük Fransa İnqilabı hadisələrində fəal iştirak edir. O, hakimiyyətin kimin əlində olmasından asılı olmayaraq, dövlət hakimiyyətinin iradəsinin itaətkar icra edirdi. Hesab olunur ki, Şarl-Anri Sanson həyatı boyu 2918 nəfəri edam edib.

İnqilab zamanı Sansonlar əvvəlki imtiyazlarını itirdilər və nəzərəçarpacaq dərəcədə yoxsullaşdılar. Ailənin rifahı 1793-1794-cü illərdə Parisin kütləvi edam dalğası ilə üzləşdiyi "terror əsri" ilə bir qədər yaxşılaşır.

Sanson insanları o biri dünyaya göndərməyin "xərclərini" öz cibindən ödəməli olurdu, buna görə də prosesin xərclərini azaltmağa çalışdı. Gilyotinin ixtirası bu baxımdan əsl kəşf oldu. Yeni alət Sansonun əvvəllər istifadə etdiyi baş kəsmə qılınclarını əvəz edir. Yeni üsulla edam edilən ilk şəxs sui-qəsddə iştirak etdiyi iddia edilən 69 yaşlı aristokrat de Laport idi. Perrona qalxan qoca maraqla gilyotini yoxladı və dedi: "Vicdanım təmizdir. Mən öz vəzifəmi yerinə yetirmişəm. İndi sən öz işini et".

Ancaq digər mənbələrə görə, cinayətkar Nikolas Jak Pelletier gilyotinlə edam edilən ilk şəxs olub. 1792-ci il aprelin 25-də onun başı kəsildi.

Şarl-Anri Sansonun xatırlatdığı kimi, o dövrdə hər bir edam inqilabçı xalqın mahnıları və rəqsləri ilə müşayiət olunurdu. "Böyük Terror" dövründə əlamətdar bir ənənə yarandı - kəsilmiş baş lövhələrə düşdükdə, saçları ilə qaldırılaraq ictimaiyyətə göstərildi. Bu jesti yerinə yetirərkən cəlladın kiçik oğlu Qabriel Sanson bir gün yıxılaraq boynunu sındırır.

Şarl-Anri Sanson yuxusunda belə inana bilməzdi ki, bir gün kral XVI Lüdoviqi edam edəcək. Amma bu hadisə 1793-cü il yanvarın 27-də Parisin İnqilab meydanında baş verdi.

Maraqlıdır ki, Sansonlar edam etdikləri kralın şərəfini qorumağa hazır idilər. Bu Şarl Anrinin siyasətçi Jak-Antuan Dülora göndərdiyi məktub məlumdur. Cəllad Dulorun qorxaqlıqda ittiham etdiyi kral XVI Lüdovikin müdafiəsinə qalxmışdı. Sanson kralın soyuqqanlılığından məmnun idi.

"O, bütün sınaqlardan bizi heyran edən soyuqqanlılıq və cəsarətlə keçdi", - deyə cəllad xatirələrində demişdi.

Sanson paltarını çıxaranda XVI Lüdoviq müqavimət göstərmədi və özü də həlimliklə cəlladın əllərini bağlaması üçün uzatdı.

16 oktyabr 1793-cü ildə Şarl Anri Sanson Kraliça Mari Antuanettanı edam etdi. İki il sonra cəllad istefa verdi.

O, bütün edamların gilyotinlə əvəz edilməsinə nəzarət edən komissiyanın üzvü idi. Əqidəsinə görə, o, respublikaçı idi və müasirlərinin qeyd etdiyi kimi, ən nəcib xasiyyətə malik idi.

"Onun səs tonu, geyimi və davranışı son dərəcə centlmen idi", - deyə müasirləri qeyd edirdi. O, edam edəcəyi qurbanları ilə həmişə mehriban davranırdı. Buna görə, Şarl-Anri Sanson "Böyük Sanson" və "Gilyotinin dostu" ləqəbləri ilə 3 000 edam həyata keçirməsinə rəğmən böyük şöhrət qazanmışdı.

21 oktyabr 1796-cı ildə cəllad vəzifəsini böyük oğluna ötürərək təqaüdə çıxır. Şarl-Anri Sansonla bağlı gülməli bir hekayə də yaranıb. Rəvayətə görə, o bir gün Napoleon Bonapartla rastlaşır və imperator ondan bu qədər insanı edam etdikdən sonra necə rahat yata bildiyini soruşub. Buna Sanson imperatora əks sualla cavab verir: "Əgər krallar, diktatorlar və imperatorlar dinc yatırlarsa, cəllad niyə dinc yatmasın?".

Məşhur cəllad 1806-cı ildə vəfat edib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.