Bir eşqin nəğməsi – “Səkinə dayı qızı” mahnısının MARAQLI TARİXÇƏSİ
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bir zamanların sevilən bir mahnısı vardı - "Səkinə dayı qızı". Bu mahnı el şənliklərinin və toyların hitinə çevrilmişdi.
Bəs, bu gün də toylarda az da olsa sifariş edilən "Səkinə dayı qızı" mahnısı necə yaranıb?
Milli.Az bizim.media-ya istinadən bildirir ki, tarixçi alim Zaur Əliyev mahnı barədə araşdırma aparıb. Bəlli olub ki, mahnı ilk dəfə olaraq Cənubi Azərbaycanda ifa edilib:
"Mahnının ilk ifaçısı isə Ququş kimi tanınan Faiqə Atəşi olub. Mahnının müəllifi isə Bakıda anadan olan, lakin sonradan Təbrizə köçən Əli Səlimidir. Əli Zöhrab oğlu Səlimi Bakının "Kubinka" məhəlləsində dünyaya gəlib. Atası Ərdəbil yaxınlığındakı Mehmandost kəndindən, anası isə Pirşağıdan olub. İlk təhsilini Bakıda alıb, lakin Stalin repressiyaları zamanı, 1938-ci ildə Səlimilər ailəsi Bakıdan sürgün edilib.
Bakıda olan zaman Əli Səlimini dayısı qızı Səkinə ilə evləndirmək barədə ailələri razılığa gəlibmiş. Lakin sürgün olunduqları üçün bu sevda baş tutmayıb.
Güney Azərbaycana köçən Əli Səlimi bir çox mahnılar yazır. Onların bir çoxu dillər əzbəri olub, tarixə düşüb. Onun mahnılarının ilk ifaçısı da Vartuş ləqəbilə tanınan Fatma Qənnadə olub. Fatma Əlinin həyat yoldaşı idi. Lakin "Səkinə dayı qızı" mahnısını o heç zaman ifa etməyib.
Çünki Fatmanın Əlinin ilk eşqinə qarşı hər zaman qısqanclığı olub.
Əli Səlimi ilk dəfə Ququşdan mahnını ifa etməsini xahiş edir. Lakin o da rəfiqəsi olan Vartuşun xətrinə bundan imtina edir. Bu zaman işə Məhəmmədhüseyn Şəhriyar qarışır. O, Faiqəni çağırıb deyir ki, "sən necə azərbaycanlısan ki, Azərbaycan dilində oxumursan?!". Şəhriyarın iradından sonra Faiqə mahnını ifa edib.
Amerikaya köçəndən sonra erməni əsilli amerikalı ilə ailə quran Ququş bir müddət bu mahnını repertuarından çıxarır. Buna səbəbsə ərinin ona qoyduğu ciddi qadağa olub. Nəhayət, 21 mart 2010-cu ildə Londonda Novruz bayramı günü çıxış edən Ququş tamaşaçıların çoxsaylı və təkidli xahişindən sonra yenidən bu mahnını ifa edib. Ququş konsert zamanı öz ansambl üzvlərinə işarə edərək, "görün, argentinalı, puerto-rikalı, venesuelalılar "Səkinə day qızı"nı necə oynayırlar" - deyə zarafat da edib.
Azərbaycanda bu mahnının ilk ifaçılarından biri Sabir Əliyev olub. Sonra isə Rübabə Muradova anasının xahişi ilə bu mahnını oxuyub.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
Yubiley Azərbaycan Qran-Prisi 56 xarici kanalda canlı yayımlanacaq
-
Bakıda təqaüdçüləri talayan şəxs saxlanılıb - (Video)
-
“Şaftalı” yükündən külli miqdarda narkotik aşkarlandı - (Video)
-
Evdə köhnə 2 qəpik varsa, yoxlayın - 4 min manata satıldı - (Foto/Video)
-
Zlatan Ibrahimoviçdən Arda Güler barədə: “Hər dəfə onu seçərdim”
-
Yeməyi "qazanla soyuducuya qoymayın" xəbərdarlığı
XƏBƏR LENTİ
-
Yubiley Azərbaycan Qran-Prisi 56 xarici kanalda canlı yayımlanacaq
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ilə bağlı paylaşım edilib - (Video)
-
Böyük Britaniya səfiri Formula 1 mediasının fəaliyyəti ilə tanış olub - (Foto)
-
Bakıda təqaüdçüləri talayan şəxs saxlanılıb - (Video)
-
Azərbaycan əleyhinə informasiya kampaniyası aparılır - Milli Məclisin komissiyası
-
Yardımlıda 16 kq narkotik aşkarlandı
-
Bazar gününün hava proqnozu açıqlandı
-
Qaradağda vulkan püskürməsi ilə bağlı rəsmi açıqlama - (Video/Yenilənib)
-
Xəzərdə həlak olan qazaxıstanlı hərbçilərlə vida mərasimi keçirilib
-
Bu qış Ukraynanı fəlakət gözləyir
-
"Formula-2" üzrə Azərbaycan Qran-prisində qaliblər mükafatlandırıldılar - (Yenilənib)
-
Prezident İlham Əliyevin iştirakı ilə “Minkənd” Kiçik Su Elektrik Stansiyasının onlayn formatda açılışı olub, “Tekstil Klasteri” layihəsi üzrə istehsal müəssisəsinin təməli qoyulub - (Foto)
-
Laçında traktor minaya düşüb
-
Kifayət qədər yatırsınız, amma yorğun oyanırsınız - Səbəbi budur
-
FİFA-dan “Fənərbağça”ya transfer qadağası
-
İranda avtobus qəzası: 11 nəfər öldü, 24 nəfər yaralandı
-
Bakıda 10 min manatlıq elektrik naqili oğurlanıb
-
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlər mübadilə edilib - (Video/Foto)
-
Azərbaycan neftinin qiyməti 123 dollara düşdü
-
“Şaftalı” yükündən külli miqdarda narkotik aşkarlandı - (Video)
-
Polis ötən gün 57 nəfəri saxlayıb
-
Prezident İlham Əliyev: ÜDM-in 70 faizdən çoxu qeyri-neft sektorunun payına düşür - (Video)
-
Millətlər Liqasında günün mərkəzi oyunu: İngiltərə - İspaniya
-
AIIF 2026-da iştirak edən qurumların idarə etdikləri aktivlərin ümumi həcmi 30 trilyon ABŞ dollarına çatır





