Antalyanın Aksu qəsəbəsində yaşayan Mustafa Uysalın arvadının istəyi ilə Tailanddan papaya ağacının toxumlarını sifariş etdiyi gündən həyatı dəyişib.
Milli.Az lent.az-a istinadən xəbərinə görə, ailə bu məhsuldar bitki sahəsində öz biznesini qurub və sərvət qazanıb.
Xüsusi növ toxumdan yetişən papaya meyvəsinin biri 1-7 kiloqram ağırlığında olur. Papayanı yaşıl halda tərəvəz bitkisi, yetişmiş halda meyvə olaraq yeyirlər. Ondan müxtəlif salatlar, yeməklər və mürəbbə hazırlamaq olur.
Hazırda Uysal ailəsi sayı 200-ü ötmüş hər ağacdan bir dəfəyə 60 kilo meyvə götürür. Ailə bu meyvələri İraq, Gürcüstan, Rusiya və Bolqarıstana ixrac edir.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun