Maraqlı

Kosmosda naməlum təbiətli güclü şüa qeydə alındı

25 Noyabr 2023 08:45
Baxış: 660
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Telescope Array" beynəlxalq layihəsinin mütəxəssisləri güclü kosmik şüa qeydə alıblar.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Yuta Universitetinin məlumatında deyilir.

Alimlərin sözlərinə görə, bu şüa bütün müşahidə tarixi boyunca ikinci ən güclü şüadır. Lakin onun təbiətinin müəyyən edilməsinə hələ ki, nail olunmayıb. "Yeni zərrəciyin trayektoriyasını mənbəyədək izləyərkən onu törətməkdən ötrü kifayət qədər yüksək səviyyəli enerjini üzə çıxarmaq mümkün deyil. Məsələ bax, bundadır", - deyə "Telescope Array" layihəsinin təmsilçisi Con Metyuz bəyan edib.

Bu şüanı hələ 2021-ci ildə qeydə alınsa da, bu barədə məqalə 2023-cü ilin noyabrında dərc olunub. Bildirilir ki, onun zərrəcikləri elmə naməlum olan qanunlara əməl edə bilər.

Birinci dəfə buna bənzər hadisəni alimlər 1991-ci ildə müşahidə ediblər. Mütəxəssislər hətta şüaya "Ey mənim Tanrım" ("Oh-My-God") adını veriblər. Onun ibarət olduğu zərrəciklərin enerjisi nəzəriyyədə ehtimal edildiyindən daha çox idi. Tədqiqatçıların hesab etdikləri kimi, qalaktikada heç nə belə axın törədə bilməz.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.