Maraqlı

Buxarda bişmiş düyünün faydaları

23 Oktyabr 2023 02:15
Baxış: 641
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Sadəcə suda və ya buxarda, yağsız bişirilmiş düyü nevroloji sağlamlıq üçün vacibdir.

Milli.Az Medicina.az-a istinadən xəbər verir ki, terapevt Marqarita Koroleva belə düyünün B qrup vitaminlərlə zəngin olduğunu bildirib.

"Buxar düyü qabığını yumşaldan zaman orda olan virtamin, minerallar düyünün daxili hissəsinə keçir. B qrup vitaminləri sinir sisteminin normal funksiyası üçün vacibdir. Əgər bu vitaminlər çatışmasa, nevroloji pozulmalar, el dili ilə desək, nevroz yaranır.

Amma düyünü bişirməzdən əvvəl bir neçə dəfə yuyulmalı və isladılmalıdır. Belə etdikdə, düyüdə olan nişasta azalır, yüksək qlikemik indeksi düşür.

Düyünü mütləq hansısa göyərti və nişastasız tərəvəzlə birgə yemək lazımdır. Əks təqdirdə qəbizlik əmələ gətirir. Xüsusən yaşlıların, tərəvəzsiz düyü yeməsi zərərlidir.

Yağsız, duzsuz düyü bütün orqanizm və bağırsaqlar üçün detoks rolu oynayır", - həkim qeyd edib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.