Maraqlı

Maşından bahalı at

27 İyul 2023 07:45
Baxış: 1 863
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Dünyada özəl xüsusiyyətləri ilə tarixən fərqlənən bir çox at cinsləri var. Onlardan bəziləri təkcə gözəlliyi və zərifliyi ilə deyil, həm də inanılmaz dəyəri ilə seçilir. 

Milli.Az lent.az-a istinadən bildirir ki, ən bahalı at cinslərindən biri ərəb atıdır. Bu cins zərifliyi, yüksək sürə­ti və nadirliyi ilə tanınır. Araşdırmalar göstərir ki, ərəb atının minilliklərə ge­dib çıxan qədim tarixi var. Bu at Şərqlə Qərb arasında ticarətdə qiymətli pul vahidi idi və ondan atların digər cinslərini yax­şılaşdırmaq üçün istifadə olunurdu. Məhz bu nadirliyinə və tarixi dəyərinə görə ərəb atı kifayət qədər bahalıdır. Onun qiyməti bir neçə milyon dollara çata bilər. 

Ən bahalı atlar sıralamasında yüksək mövqe tutan başqa biri at cinsi Friz atıdır. Hollandiyadan gələn bu cins at gücü və zərifliyi ilə seçilir. Ağır iş və hərbi məqsəd­lər üçün istifadə edilir. Nadirliyinə və yüksək texniki xidmət xərclərinə görə Friz atı olduqca bahalıdır. Onun qiyməti bir neçə yüz min dollara çatır. 

Axaltəkə kimi tanınan at cinsini də qeyd etmək lazımdır. Türkmənistan atı dö­zümlülüyü, sürəti və gözəlliyi ilə fərqlənir. Axaltəkə atından hərbi məqsədlər və idman tədbirləri üçün istifadə edilib. Nadirliyinə görə, bu at kifayət qədər bahalıdır. Onun da qiyməti bir neçə yüz min dollara çata bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.