Maraqlı

Qadın gözlərinə dərman əvəzinə yapışqan tökdü - VİDEO

13 İyun 2023 05:05
Baxış: 2 679
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ-da altı uşağı olan qadın gözlərinə damcı dərman əvəzinə təsadüfən super yapışqan töküb.

Milli.Az lent.az-a istinadən bildirir ki, o, bu barədə "TikTok"da paylaşım edib.

Cennifer Eversole göz damcılarını super yapışqanla eyni yerə qoyub. Və onların hər ikisi eyni ölçülü şüşələrdədir.

"Qızım diqqətimi yayındırdı və dərman əvəzinə gözümə yapışqan tökdüm", - qadın bildirib.

Bundan sonra evə təcili yardım çağırıb və onu tibb müəssisəsinə aparıblar. Orada video çəkib və yapışqanın gözünün ətrafında necə quruduğunu göstərib. Buna görə də onu aça bilmir, çünki göz ağrıyır və qaşınır.

Xoşbəxtlikdən 6 uşaq anası ciddi xəsarət almayıb və bir-iki gündən sonra özünə gəlib, görmə qabiliyyəti yaxşılaşıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.