Maraqlı

D vitamini çatışmazlığı Yaponiyada ciddi problemə çevrilir

13 İyun 2023 20:34
Baxış: 869
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dzikey Universitetinin Tibb Məktəbinin son araşdırmasına əsasən, testdən keçən Tokio sakinlərinin 98%-də D vitamini çatışmazlığı aşkar edilib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, D vitamini bədənə kalsium və digər mineralları düzgün şəkildə mənimsəməyə kömək edir və sümükləri möhkəmləndirir. O, bədənə üç yolla daxil olur: günəş işığına məruz qalma, yağlı balıq kimi heyvan mənşəli məhsulların və göbələk kimi bitki mənşəli qidaların qəbulu ilə.

Yapon mətbəxində əhəmiyyətli miqdarda D vitamini olan qidaların çeşidi kifayət qədər geniş yayılıb. Bunlar qızılbalıq, skumbriya və tuna balığı, həmçinin şiitake kimi göbələklərdir.

Bununla belə, 5500 yetkin kişi və qadının qan testləri D vitamini səviyyəsinin tövsiyə olunandan aşağı olduğunu sübut edib.

Çatışmazlığa gənclərdə daha çox rast gəlinir ki, bu da pəhrizin dəbə düşməsilə bağlıdır

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.