Maraqlı

Bu səhnə sosial şəbəkədə gündəm oldu - VİDEO

20 May 2023 18:00
Baxış: 2 414
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyənin "Star TV" telekanalında yayımlanan "Yüz Yıllık Mucize" serialının son bölümü sosial şəbəkədə gündəm olub.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, buna səbəb serialın yeni bölümündə türk serial tarixinin əfsanələrindən olan "Aşk-ı memnu"ya edilən göndərmə olub.

Belə ki, bir zamanlar "Aşk-ı memnu"da "Matmazel" obrazını canlandıran Zerrin Tekindor, sözügedən serialda rol yoldaşı "Adnan Ziyagil" - Selçuk Yöntemin adını çəkib.

Tekindorun canlandırdığı Süreyya, Adnan adlı şəxsdən borc aldığını bildirib.

Bu zaman ona ünvanlanan "Hansı Adnan" sualına, "Adnan Ziyagil", - deyə, cavab verib.

Sözügedən epizodu təqdim edirik. (publika)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.