Maraqlı

İldə bir dəfə noutbuku təmizləmək lazımdır - Düzgün necə etmək olar?

20 Dekabr 2023 00:14
Baxış: 1 806
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Noutbukun daxili hissələri kifayət qədər yığcamdır və müntəzəm olaraq təmizlənməsə, onun içində toz yığıla bilər. Bu da həddindən artıq istiləşməyə və donmağa səbəb olur. 

Milli.Az lent.az-a istinadən bildirir ki, noutbukların profilaktik təmizlənməsi ildə ən azı bir dəfə aparılmalıdır.

Bildirilir ki, noutbukların təmizlənməsini mütəxəssislərə həvalə etmək lazımdır. Çünki onlar cihaz daxilinin düzgün təmizlənməsini, soyuducu ventilyatorlardakı sürtgü yağını, prosessor və videokartdakı termal pastanı dəyişdirməyi bilirlər.

Mütəxəssislərin sözlərinə görə, noutbuku təmizləyərkən ilk növbədə elektrik enerjisi kəsilməli, çıxarıla bilən akkumulyatordan ayrılaraq tamamilə söndürülməlidir. Ekran və kamera tüksüz salfetlər və xüsusi mayelərlə təmizlənməlidir. 

Ekranı silərkən onun zərif olduğunu yaddan çıxarmamaq lazımdır. Buna görə də ekrana çox təzyiq göstərməyin. 

Noutbuk klaviaturasını silmək üçün xüsusi maye ilə azca nəmlənmiş tüksüz parçadan istifadə etmək olar. Bununla belə, çox maye olmaması və klavişlər arasında axmaması vacibdir. Klavişlər arasındakı qırıntıları aradan qaldırmaq üçün sıxılmış hava silindrini üfürməyə cəhd etmək olar. 

Növbəti addım bütün boltları açmaq və laptopun arxa qapağını çıxarmaqdır.

Əlçatmayan yerləri təmizləyərkən pambıq çubuqdan istifadə etməyi tövsiyə edilir. Lakin o, təcrübəsiz istifadəçilərə termal pasta və soyuducu sürtgü yağını özbaşına dəyişməyi məsləhət görülmür. Noutbuku təmizləyərkən tozsorandan da istifadə etmək olar. Ancaq bu da bir az təhlükəlidir. Çünki o güclü rejimdə istifadə edilərsə, klaviaturanın düymələrini qopara və ya uda bilər. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.