Məşuqəsi ilə təyyarəyə minən iş adamı arvadını pilotla tutdu - Təbliğat yoxsa siyasi mesaj?... - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli.Az jurnalist Bəxtiyar Umarlının müəllif layihəsi olan "Filmreview"nu (13-cü say) təqdim edir:
Türkiyədə keçiriləcək seçkilərlə əlaqədar olaraq çəkilən "Hava Muhalefeti" filminin təqdimatı baş tutub. Filmin adındakı "müxalifət" sözündən də aydın olur ki, ekran işində siyasi məsələlərə toxunulub. Siyasi mesajların həddən artıq çox olduğu bu film komediya janrına aid edilsə də, gülüş doğuran səhnələrlə yanaşı düşündürücü məqamlar da az deyil.
"Güldür güldür show"un komandasının ərsəyə gətirdiyi filmin baş roluna Kemal Sunalın ( Şaban) oğlu Ali Sunal çəkilib. O, ekran işində deputatlığa namizəd olan şəxsi canlandırır. Film bu şəxsin həbsxanada başına gələnləri danışması ilə başlayır.

Kino deputatlığa namizəd olan iş adamının yalan vədlərlə seçicilərini aldadaraq nüfuz qazanmaq məqsədi güdərkən şəxsi həyatının ifşa olmasından bəhs edir. Məşuqəsi ilə istirahətə yollanan iş adamı təsadüfən arvadının xəyanətini öyrənir. Məlum olur ki, onun məşuqəsi ilə birlikdə mindiyi təyyarəni sürən pilot arvadının sevgilisidir.
Söyüşlərin çox yer aldığı ekran işinin yaş limiti 18+ dur. Lakin, bu, söyüşlərdən daha çox mövzu ilə əlaqəlidir. Belə ki, ekran işində çatdırılması olan mesaj çox gözəldir, lakin uğurlu alınmayıb. Çünki, filmdə seks oyuncaqlarının istifadəsi, bunlardan istifadənin təbliği, xəyanətin adiləşdirilməsi, ailə dəyərlərinin heçə alınması kinoda çatdırılması nəzərdə tutulan mesajı kölgədə qoyub.
Ümumiyyətlə, əvvəllər film və seriallarda kişilər xəyanət edən, qadınlar isə bunu normal qarşılayan tərəf kimi təqdim olunsa da, bu, son zamanlar çəkilən kinolara aid deyil. Artıq ekran işlərində qadınların da xəyanəti qabardılır, adiləşdirilir, kişilər isə bunu rahatlıqla qəbul edən tərəf kimi göstərilir. Bu film də yuxarıda qeyd etdiyim məsələnin qabardıldığı kinolardan biridir.

Filmin çəkilişində, effektlərdə, keçidlərdə hər hansı nəzərə çarpacaq qüsur yoxdur. Ekran işinin çəkilişinin professionallara tapşırıldığı aşkar görünür. Kinonun büdcəsi ilə bağlı məlumat tapa bilməsəm də keyfiyyətindən kifayət qədər maliyyənin ayrıldığını hiss etməmək mümkün deyil.
Rejissor kifayət qədər izləyici kütləsi olan "Güldür güldür show"un komandası vasitəsi ilə filmə diqqət çəkməyə çalışıb. Gülüş doğuran səhnələrin çoxluğu filmə axıra qədər baxmağa təşviq edir. Kimsənin filmi yarımçıq qoyaraq zalı tərk etməməsi də bunu deməyə əsas verir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Klassik duş kabinləri tarixə qovuşur: Hamamlarda yeni nəsil təmizlik və dizayn dövrü
-
Paket çaylarda mikroplastik təhlükəsi: Tək bir fincana 2500 hissəcik keçir
-
2026-cı ilin payızının 11 dəbli qısa saç kəsimi
-
Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır
-
Üzün bir tərəfi niyə daha tez qocalır?
-
Mətbəxdə sönülü olsa da risk yaradan 3 elektrik cihazı: İsitfadədən sonra mütləq tokdan çıxarın
XƏBƏR LENTİ
-
“Fənərbaxça” Dambrauskasa 3 illik müqavilə təklif etdi
-
Salyanda ağır qəzada ölən şəxslərin fotoları
-
Bərdədə evdən meyiti tapılan yeniyetmənin fotosu
-
Fransada iğtişaşlarda 200-dən çox insan yaralanıb, 779 nəfər saxlanılıb
-
Rusiyalı zənginlərin sərvəti 28 milyard dollar azaldı
-
Güləşçimiz dünya çempionatında qələbə qazandı
-
“Neftçi” liderliyə yüksəldi
-
Azərbaycanda professor vəfat etdi
-
Bu yollarda görünüş məsafəsi məhdudlaşacaq
-
Rusiya ordusu Ukraynanın PUA bazalarını vurdu
-
"Qalatasaray” klubunun vitse-prezidenti istefa verdi
-
Ərdoğandan Rusiya və Ukraynaya çağırış
-
Gəncədə evdən meyit tapıldı
-
Media və Yayım Şurasından jurnalistlərə hücumlarla bağlı bəyanat
-
Göygöldə yük maşını divara çırpılıb, ölən var
-
Prezident İlham Əliyev: Azərbaycan ilə Əlcəzair arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur
-
Azərbaycanda yanğınsöndürənlərin dünya çempionatı keçiriləcək
-
Qətər tankerinə Fars körfəzində hücum edildi
-
Bakıda yanğın hadisəsini işıqlandıran APA TV əməkdaşına hücum edilib - (Yenilənib/Video)
-
Ayın 2-də yağış yağacaq, qara keçəcək - Proqnoz
-
Sürücünün sükan arxasında yuxulaması qəza ilə nəticələndi
-
Prezident İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib
-
Məşhur musiqiçi vəfat etdi
-
Ebola virusu yayılan ölkələrin sayı artır





