Ən qorxunc qatillər və manyaklar hansı bürclərdən çıxır? - ABŞ Federal Təhqiqatlar Bürosunun MƏLUMATI
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli.Az bildirir ki, ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) serial qatillərin, manyakların və digər cinayətkarların doğum tarixlərini açıqlayıb.
Beləliklə, hansı işarənin altında doğulanların cinayətlərə daha çox meylli olması ilə bağlı statistik məlumatlar ortaya çıxıb.
Əkizlər
Onlar haqqında daim pis danışılır, lakin rəsmi rəqəmlərə görə ən təhlükəsiz bürc Əkizlərdir! Yəqin ki, onlar kimisə öldürəcək və ya incidəcək qədər ciddi qəbul etmirlər. Əkizlər əlinə ən az qan bulaşan bürcdür. Bəlkə də onlar qurbanlarını öldürmək əvəzinə çənələri və qeybətləri ilə mənəvi işgəncəyə üstünlük verirlər. Nə demək olar, onlar həqiqətən də müdrikdirlər?!
Dolça
İkinci ən məsum bürc Dolçadır! Bəlkə buna ədalətə böyük əhəmiyyət vermələri və ya eqolarının asanlıqla inciməməsi səbəb ola bilər. Səbəbi dəqiq bilinməsə də, Dolça Əkizlərdən sonra ən az şiddət göstərən bürcdür. Bəlkə də o qədər ağıllıdırlar ki, qətl törətsələr də, əsla iz buraxmır və yaxalanmırlar!
Şir
Şir də cinayətlərdə ən az iştirak edən bürclərdən biridir. Ancaq aralarında qatillər də var. Şir bürcü altında doğulan qatillərin əksəriyyətinin öldürmə səbəbi kimi diqqəti cəlb etmək olduğu göstərilib.
Tərəzi
Tərəzilər ədalətli, mehriban, səbirli hesab olunurlar. Buna görə də söhbət qətllərə gəldikdə Şir və Dolça bürclərini üstələmələri təbii ki, qəribədir! Yəqin ki, səbrin də həddi var! Onların kobud rəftar və xoş niyyətdən sui-istifadəyə dözə bilmədikləri üçün əllərini qana buladıqları ehtimal olunur.
Qız
Psixopat və vasvası qatil deyiləndə Qız bürcü ağla gəlir! Onu da qeyd etmək yerinə düşər ki, Qızlar adam öldürməkdən daha çox oğurluğa və dələduzluğa üstünlük verirlər.
Balıqlar
Balıqları yumşaqqəlbli hesab edirdiniz? Yanıldınız! "Qatil Kloun" kimi tanınan Con Ueyn Qeysi, eləcə də Riçard Ramires, kədərli hekayəsi ilə məşhur olan Eylin Uornos ən məşhur Balıqlar bürcü serial qatilləri arasındadır... Balıqlar asılılığa meyilli xarakterləri ilə qeyri-adi cinayətlər törədirlər. Bir daha xatırladaq ki, hamının emosional hesab etdiyi Balıqlar siyahıda 7-ci ən təhlükəli bürcdür.
Oğlaq
Bu bürc altında doğulan serial qatillərin sayı orta səviyyədə olsa da, ən çox insan öldürən serial qatil Oğlaq bürcündəndir. Qanunlara və qaydalara hörmətləri ilə tanınsalar da, siyahının tam ortasındadırlar. Bu bürcdən olanlar cinayətə elə də meyill deyillər, amma bir dəfə özlərindən çıxsalar, çox təhlükəli hal alırlar.
Qoç
Dikbaşlığı ilə tanınan Qoçların siyahının üst sıralarında yer almaları heç kimi təəccübləndirmir. Onlar ani əsəbləşir, tez sakitləşirlər. Ona görə də ən təhlükəli bürc kimi 5-ci sırada yer tuturlar. Qoç bürcünü əsəbiləşdirsəniz, bir müddət ondan uzaq durun; nəyə hirsləndiyini unudacaq.
Buğa
Buğa bürcünün qəzəbi şiddətlidir, buna şübhə yoxdur! Onun törətdiyi cinayətlər qətldən çox fırıldaqçılıq kimi maliyyə məsələləri ilə bağlıdır. Dəbdəbəni, komfortu sevir, nə etsin?!
Oxatan
Növbə ən təhlükəli üçüncü bürcə gəldi. Oxatanların törətdiyi qətllər, cinayətlər əsasən böyük əks-səda doğurur. Onların cinayətləri çox vaxt fərdi xarakter daşımır. Məsələn, Ted Bandi, Pablo Eskobar, Stalin... Hamısı Oxatandır! Onlar özlərini "lider" elan edir, kütləvi şəkildə öldürürlər.
Əqrəb
Bu siyahı hamıya məlum olan həqiqəti təsdiqləyir. Əqrəblərin psixopat olduqları anlara çox adam şahid olub. Bir çox serial qatil noyabr ayında doğulduğu üçün əksəriyyəti Oxatan, qalanları isə Əqrəb bürcünə düşür. Adətən sadist qətllər törətdikləri qeyd edilir. Beləliklə, əqrəblərdən qorxmağa davam edin!
Xərçəng
Siyahının zirvəsinə yerləşən bürc hamı üçün sürprizdir. Adətən, özlərini həssas, mədəni, incəqəlbli təqdim edən Xərçənglər sən demə planetdəki ən təhlükəli adamlar imiş. Onların adətən qısqanclıq zəminində qətl törətdikləri bildirilir. Demək ki, dəyişkən əhvalları onları cinayətə sürükləyir. Necə deyərlər: asta atın təpiyi bərk dəyər!
Bütün bürclərin sülh içində yaşadığı bir dünya arzulayırıq! /sfera.az
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Qəlbləri ən asan fəth edən 5 bürc
-
Mıhlama nə ilə yeyilir?
-
“Bitcoin” 190 min dolları keçə bilər
-
Antibiotik qəbul edərkən şəkər istehlak etmək bağırsaq bakteriyalarına zərər verə bilər
-
Çuğundurlu kələm turşusu resepti
-
İkardidən "Qalatasaray"la bağlı sürpriz qərar
-
"Flydubai" pilotu hər şeyi etiraf etdi
-
Biləsuvarda 26 yaşlı kişi qətlə yetirildi - qohumu saxlanıldı - təfərrüat
-
Ermənistanın Bərdəni raket atəşinə tutmasından 6 il ötür
-
Günün qoroskopu: Ailə daxilində gərginlik yarana bilər
-
Studiyadakı şəxs robotlarla əlbəyaxa oldu - (Video)
-
Türkiyənin ən varlı aktyorları
-
Sabah Yasamalda işıq olmayacaq
-
Abşerondakı partlayış antiperspirantlara görə olubmuş - (Video)
-
Nikol Şerzingerin ayağı yaralansa da, çıxışını dayandırmadı - (Video)
-
İranın neft naziri istefa verdi
-
Salyanda ağır qəza - yaralılar var - (Video)
-
Bakıda iti binadan atan şəxs məsuliyyətə cəlb edildi
-
Türkiyədə 4-cü dəfə zəlzələ oldu - Yenilənib
-
Nemət Pənahov vəfat etdi - (Foto)
-
Şəhanəni qətlə yetirən 33 yaşlı Əsgər Vətən müharibəsi qazisi imiş - (Video)
-
“Gənc futbolçulara güvənməsək, harada oynayacaqlar?” - Ayxan Abbasov
-
Biləsuvarda minik avtomobili aşdı, yaralı var
-
“Bütün mübahisəli qərarlar Azərbaycanın xeyrinə verildi” - Yankauskas





