"WhatsApp"da naməlum nömrələr əvəzinə adlar görsənəcək.
Milli.Az Trend-ə istinadən bildirir ki, "WhatsApp" qruplarında naməlum nömrələr əvəzinə platformada qeydiyyatdan keçmiş hesab sahibinin adı göstəriləcək. Beləliklə, qruplardakı insanların kim olduğu daha aydın olacaq.
Bu funksiya hazırda "iOS" üçün "WhatsApp" 23.0.73 Beta versiyasında mövcuddur. Onun stabil versiyaya nə vaxt gələcəyi bəlli deyil.
Milli.Az