Maraqlı

"TikTok"da ödənişli videolar olacaq

9 Mart 2023 01:28
Baxış: 1 216
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"TikTok" ödənişli məzmun sistemini rəsmi olaraq elan edib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu yeni sistemdə istifadəçilər pul ödəməklə 20 dəqiqədən ibarət 80 video "Series" seriyasına daxil ola biləcəklər.

"TikTok"-un yaydığı açıqlamaya görə, "Series" adlı xüsusiyyət məzmun istehsalçılarının ödənişli məzmun istehsal edib istənilən qiymətə satmasına imkan verir.

Hər bir "Series" cəmi 80 videodan ibarət ola bilər və hər video maksimum 20 dəqiqə uzunluğunda olacaq. Beləliklə, istifadəçilər "Series" satın aldığı zaman 26,6 saata qədər eksklüziv videolara giriş əldə edəcəklər.

"Series"-dən əldə edilən bütün gəlirlərin qısa müddətə fasiləsiz birbaşa məzmun istehsalçılarına veriləcəyi deyilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.