Maraqlı

Telefon donanda nə etmək lazımdır?

5 Mart 2023 23:19
Baxış: 1 933
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Hər bir smartfon istifadəçisi azı bir dəfə cihazın "donması" kimi problemlə qarşılaşıb.

Milli.Az lent.az-a istinadən bildirir ki, belə vəziyyətdə barmaqlarınızla sensor ekrana toxundurmaq çox mənasızdır. Çünki bu zaman çətin ki, telefon bu toxunuşlara cavab versin. 

Belə bir halda müəyyən qaydalara riayət etmək vacibdir.

Əvvəlcə telefon sahibi cihazın hansı səbəbdən donduğunu öyrənməlidir. Belə vəziyyətdə çox vaxt problem ya proqramlardan biri ilə, ya da bütövlükdə sistemlə bağlı olur. Sonra smartfonun aşağısındakı "Home" açarına basılmalıdır. Təbii ki, əgər telefonunuzda bu düymə varsa.. Barmağınızı dərhal çəkməyin. Düymə ən azı bir neçə saniyə basılı qalmalıdır. Əgər bu addım nəticəsində sonuncu istifadə etdiyiniz proqram menyusu görünürsə, deməli problem proqramla bağlıdır. 

Bu halda, həmin tətbiqin pəncərəsini yana sürüşdürün.

"Home" düyməsini basmaq heç bir nəticə vermədisə, deməli, problem sistemdən asıldı.

Bu vəziyyətdə, cihazı yenidən başlatmalısınız. Bunu "power"  və səsi azaldıcı düyməni eyni eyni vaxtda basın. 10-15 saniyə bu düymələri sıxıb saxlasanız, telefon yenidən işə düşəcək. 

Yox, əgər bu addım da kömək etmirsə, smartfonu söndürməlisiniz. Bunu etmək üçün yalnız "power" düyməsini basıb saxlamaq lazımdır. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.