Maraqlı

Mobil internetin ən ucuz və baha olduğu ölkələr

17 Fevral 2023 23:46
Baxış: 1 304
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mobil internetin ən ucuz olduğu ölkə İsraildir - 1Gb üçün 0,04 dollar.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Böyük Britaniyanın "Cable" analitika resursu 2022-ci ildə mobil internet qiymətlərinin ən ucuz və baha olduğu ölkələrin siyahısını dərc edib.

Siyahıda ilk beşliyə İsraillə yanaşı, İtaliya (1Gb üçün 0,12 dollar), San-Marino (0,14 dollar), Fici (0,15 dollar) və Hindistan (0,17 dollar) daxildir.

"Cable" analitika resursunun məlumatına görə, 1Gb mobil internetin qiyməti Almaniyada 2,67 dollar, Portuqaliyada 3,67 dollar, Yaponiyada 3,85 dollar, ABŞ-da 5,62 dollar təşkil edir. Folklend adalarında qiymətlər 38,45 dollar, Müqəddəs Yelena adasında isə 41,06 dollardır

Tədqiqatda qeyd olunur ki, yüksək infrastruktura malik ölkələrdə daha ucuz renkinq hissələri tapmaq olur. Keyfiyyətli optik şəbəkələr, həmçinin inkişaf etmiş mobil və stasionar genişzolaqlı infrastrukturun mövcudluğu provayder və mobil rabitə operatorlarına istifadəçilərə daha ucuz qiymətə başa gələn əlverişli paketlər təklif etməsinə imkan yaradır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.