Maraqlı

Varlanmaq üçün İKİ QADINLA evləndi və...

3 Fevral 2023 21:15
Baxış: 842
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İspaniyalı kişi varlanmaq və digər ölkələrdə yaşayış icazəsi almaq üçün bir neçə ay ərzində iki qadınla evlənib.

Milli.Az gundem.az-a istinadən xəbər verir ki, kişi əvvəlcə Kolumbiya əsilli, sonra isə Qvineya sakini ilə evlənib.

Qeyd olunur ki, kişi ortaq məlumat bazası olmayan iki fərqli şadlıq sarayında ailə qurub. Bir il sonra qvineyalı qadının yaşayış icazəsi üçün müraciətinə baxan məmurlar aşkar ediblər ki, ərinin adı əvvəllər birinci arvadının ərizəsində istifadə olunub. Polis ispaniyalını həbs edib. O, ikiarvadlılıq və xarici vətəndaşların hüquqlarını qəsb etməkdə ittiham olunub.

İstintaqın məlumatına görə, kişi qadınlarla münasibət qurmayıb və maddi maraq üçün nikaha razılaşıb. Eyni zamanda, o, keçmişdə də sui-istifadə və cinsi təcavüzə görə mühakimə olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.