Maraqlı

Quran haqqında olan ümumi məlumatlar

11 Fevral 2023 22:20
Baxış: 1 298
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Әziz Qur` an aşiqləri! Qur`an haqqında olan bə`zi ümumi məsələləri əldə etmək istədikdə aşağıdakı verilmiş sualların cavabına diqqət yetirə bilərsiz:

1) Sual: Qur`an neçə surədən ibarətdir?

Cavab: Qur`an 114 surədən təşkil tapmışdır.

2) Sual: Qur`an neçə cüz (hissə)-dən ibarətdir?

Cavab: Qur`an 30 cüzdən ibarətdir.

3) Sual: Qur`an neçə hizbdən (hissənin qismindən) təşkil tapır?

Cavab: Qur`an 120 hizbdən ibarətdir.

4) Sual: Qur`anın neçə ayəsi vardır?

Cavab: Qur`anın 6236 ayəsi vardır.

5) Sual: Qur`ani-Kərim neçə hərfdən ibarətdir?

Cavab: Qur`ani-Kərim 323671 hərfdən ibarətdir.

6) Sual: Qur`ani-Kərim neçə kəlmədən təşkil tapır?

Cavab: Qur`ani-Kərim 77807 kəlmədən təşkil tapmışdır.

7) Sual: Qur`ani-Kərimdə neçə dəfə Qur`an kəlməsi gəlmişdir?

Cavab: Qur`ani-Kərimdə 70 dəfə Qur`an kəlməsi gəlmişdir.

8) Sual: Qur`ani-Kərimdə ən böyük ədəd hansıdır?

Cavab: Qur`anda ən böyük ədəd 100000-dir ki, əs-Saffat surəsinin 147-ci ayəsində gəlmişdir. (37-ci surə)

9) Sual: Qur`anda ən çox işlədilmiş hərf hansıdır?

Cavab: Qur`anda ən çox işlədilmiş hərf əlif(أ) hərfidir.

10) Sual: Qur`anda ən az işlədilmiş hərf hansıdır?

Cavab: Qur`anda ən az işlədilmiş hərf za (ظ) hərfidir.

11) Sual: Qur`anda işarə olunmuş ən gözəl və üstün gecə hansıdır?

Cavab: Qur`anda işarə olunmuş ən gözəl və üstün gecə "Qədr" gecəsidir.

12) Sual: Qur`anda buyurulmuş ən gözəl ay hansıdır?

Cavab: Qur`anda buyurulmuş ən gözəl ay "Ramazan" ayıdır.

13) Sual: Qur`anda olan ən gözəl surə hansıdır?

Cavab: Qur`anda olan ən gözəl surə "Yasin" surəsidir. (36-cı surə).

14) Sual: Qur`anın ən böyük surəsi hansıdır?

Cavab: Qur`anın ən böyük surəsi "əl-Bəqərə" surəsidir ki, bu surə 286 ayədən ibarətdir. (2-ci surə).

15) Sual: Qur`anın ən kiçik surəsi hansıdır?

Cavab: Qur`anın ən kiçik surəsi "əl-Kovsər" surəsidir ki bu surə isə 3 ayədən təşkil tapır. (108-ci surə).

16) Sual: Qur`anda ən böyük ayə hansıdır?

Cavab: Qur`anda ən böyük ayə "əl-Bəqərə" surəsinin 282-ci ayəsidir. (2-ci surə).

17) Sual: Qur`anda ən kiçik ayə hansıdır?

Cavab: Qur`anda ən kiçik ayə (Muqəttə`ə hərflərindən əlavə) مُدْهآمَّتَانِ "Mudhammətan" ayəsidir ki, ər-Rəhman surəsinin 64-ci ayəsi hesab olunur. (55-ci surə).

18) Sual: Qur`anda ilk surə hansıdır?

Cavab: Qur`anda ilk surə "əl-Fatihə" surəsidir. (1-ci surə)

19) Sual: Qur`anın sonuncu surəsi hansıdır?

Cavab: Qur`anın sonuncu surəsi "ən-Nas" surəsidir. (114-ci surə)

20) Sual: Qur`anda ən böyük kəlmə hansıdır?

Cavab: Qur`anda ən böyük kəlmə فَأَسْقَيْناكُمُوهُ "fəəsqəynakumuhu" kəlməsidir ki bu kəlmə on bir hərfdən ibarətdir və "əl-Hicr" surəsinin 22-ci ayəsində yerləşir. (15-ci surə).

21) Sual: Qur`anın ortasında yerləşən kəlmə hansıdır?

Cavab:Qur`anın ortasında yerləşən kəlmə "əl-Kəhf" surəsinin 19-cu ayəsindəki, وَلْيَتَلَطَّفْ "vəlyətələttəf" kəlməsidir. (18-ci surə).

22) Sual: Qur`anda neçə surə "Qul" (yə`ni:de) kəlməsi ilə başlayır?

Cavab: Qur`anda 5 surə "Qul" kəlməsi ilə başlayır və onlar aşağıdakılardan ibarətdir:

1. "əl-Cinn" surəsi. (72-ci surə)

2. "əl-Kafirun" surəsi (109-cu surə)

3. "əl-İxlas" surəsi (112-ci surə)

4. "əl-Fələq" surəsi (113-ci surə)

5. "ən-Nas" surəsi (114-ci surə)

23) Sual: O iki ayə hansıdır ki, onlarda ərəb əlifbasının 28 hərfi cəm olunmuşdur?

Cavab: 1) "Ali-İmran" surəsini 154-cü ayəsi. (3-cü surə).

2) "əl-Fəth" surəsinin sonuncu ayəsi. (48-ci surə).

24) Sual: Bütün ayələrində الله "Allah" kəlməsi olan surə hansıdır?

Cavab: "əl-Mucadələ" surəsi, (58-ci surə)

25) Sual: Qur`anın anası adı ilə tanınmış surə hansıdır?

Cavab: "əl-Fatihə" surəsi (1-ci surə)

26) Sual: Hansı surə Qur`anın ürəyi adı ilə tanınmışdır?

Cavab: "Yasin" surəsi (36-cı surə)

27) Sual: Qur`anın gəlini adı ilə tanınan surə hansıdır?

Cavab: "ər-Rəhman" surəsi (55-ci surə)

28) Sual: İmam Hüseyn (əleyhis-salam) adı ilə tanınmış surənin adı nədir?

Cavab: "əl-Fəcr" surəsi (89-cu surə)

29) Sual: O hansı surədir ki, onun ayələrnin sayı on dörd mə`sumun sayı qədərdir?

Cavab: "əs-Səff" surəsi. (61-ci surə)

30) Sual: O hansı surədir ki, onun kəlmələrinin sayı on dörd mə`sumun sayı qədərdir?

Cavab: "əl-Әsr" surəsi (103-ci surə)

31) Sual: O hansı surədir ki, onun ayələrinin sayı, müsəlmanlara vacib olan, gündəlik namazların rək`ətinin sayı qədərdir?

Cavab: "ət-Tariq" surəsi, (86-cı surə)

32) Sual: Qur`anın mə`nasını özündə cəm edən surənin adı nədir?

Cavab: "əl-Fatihə" surəsi (1-ci surə)

33) Sual: On ada məxsus olan surə hansıdır?

Cavab: "əl-Fatihə" surəsi, (1-ci surə) bu surənin adları aşağıdakı tərtiblərdir:

1. Fatihətul-kitab.

2. Ümmül-kitab.

3. Ümmül-Qur`an.

4. Səb`ül-məsani.

5. əl-vafiyə.

6. əl-kafiyə.

7. əş-şafiyə.

8. əl-əsas.

9. əs-səlat.

10. əl-həmd.

Bu adların hər biri öz növbəsində müəyyən hədis və rəvayətlərdən əldə olunmuşdur.

34) Sual: Qur`ani-Kərimdə olan surələrin neçəsi Məkkədə və neçəsi Mədinədə nazil olmuşdur?

Cavab: 86 surə Məkkədə 28 surə isə Mədinədə nazil olmuşdur.

35) Sual: Vacib səcdəsi olan surələr hansılardır?

Cavab: Vacib səcdəsi olan surələr bunlardır:

1) "əs-Səcdə" (32-ci surə), ayə-15.

2) "Fussilət" (41-ci surə), ayə-37.

3) "ən-Nəcm" (53-ci surə), ayə-62.

4) "əl-Әləq" (96-cı surə),ayə-19.

36) Sual: Allah kəlməsi Qur`anda neçə dəfə gəlmişdir?

Cavab: Allah kəlməsi Qur`anda 2707dəfə gəlmişdir.

37) Sual: Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm)-ə 2 dəfə nazil olan surə hansıdır?

Cavab: "əl-Fatihə surəsi". Belə ki, bu surə bir dəfə Məkkədə, bir də isə Mədinədə nazil olmuşdur. (1-ci surə).

38) Sual: O hansı surələrdir ki, onların ayələrnin sayı, pənctəni Ali-əbanın ( yə`ni Peyğəmbər, İmam Әli, həzrət Fatimə, İmam Həsən və İmam Hüseyn əleyhimus-salamın) sayı qədərdir?

Cavab:

1. "əl-Qədr" surəsi (97-ci surə).

2. "əl-Fil" surəsi (105-ci surə).

3. "Әbu Ləhəb" surəsi (111-ci surə).

4. "əl-Fələq" surəsi (113-ci surə).

39) Sual: Qiyamət mə᾿nasını verən surələr hansılardır?

Cavab:

1. "ər-Rə`d" surə (13-cü surə).

2. "əl-Casiyə" surəsi (45-ci surə).

3. "əl-Vaqiə" surəsi (56-cı surə).

4. "əl-Həşr" surəsi (59-cu surə).

5. "ət-Təğabun" surəsi (64-cü surə).

6. "əl-Qiyamə surəsi (75-ci surə).

7. "ən-Nəbə`" surəsi (78-ci surə).

8. "əz-Zəlzələ" surəsi (99-cu surə).

9. "əl-Qariə" surəsi (101-ci surə).

40) Sual: Qur`anda neçə "Bismillahir-Rəhmanir-Rəhim" cümləsi vardır?

Cavab: Qur`anda 114 "Bismillahir-Rəhmanir-Rəhim" cümləsi vardır.

41) Sual: Hansı surəni adı Üsuli-dinin birinin adı ilə bağlıdır?

Cavab: "Tohid" (əl-İxlas) surəsi. (112-ci surə).

42) Sual: Hansı surənin adı Fürui-dinin birinin adı ilə bağlıdır?

Cavab: "əl-Həcc" surəsi (22-ci surə).

43) Sual: O hansı surələrdir ki, onların ayələrinin sayı Mə`sum İmamların sayı qədərdir?

Cavab:

1) "ət-Təlaq" surəsi (65-ci surə).

2) "ət-Təhrim" surəsi (66-cı surə).

44) Sual: Həftənin günlərinin adı ilə bağlı olan surə hansıdır?

Cavab: "əl-Cumuə" surəsi (62-ci surə).

45) Sual: Fe hərfi olmayan surə hansıdır?

Cavab: "əl-Fatihə" surəsi (1-ci surə).

46) Sual: Alimin silahı adı ilə bağlı olan surə hansıdır?

Cavab: "Qələm" (Nun) surəsi (68-ci surə).

47) Sual: Bismillahir-Rəhmanir-Rəhim-siz surə hansıdır?

Cavab: "ət-Tovbə" surəsi (9-cu surə).

48) Sual: Qur`anın hansı surəsində iki dəfə "Bismillahir-Rəhmanir-Rəhim" cümləsi gəlmişdir?

Cavab: "ən-Nəml" surəsi (27-ci surə).

49) Sual: O hansı surədir ki, onda bir ayə 31 dəfə təkrar olunub?

Cavab: "ər-Rəhman" surəsi (55-ci surə).

50) Sual: Allahın sifətləri ilə adlanan surələr hansılardır?

Cavab:

1) "ən-Nur" surəsi (24-cü surə).

2) "Fatir" surəsi (35-ci surə).

3) "ər-Rəhman"

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.