Maraqlı

Ağıl dişinin sirri açıldı – Hansı yaşda çıxır?

11 Fevral 2023 20:01
Baxış: 1 003
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Alimlər insanın ən qəribə dişi olan ağıl dişlərinin əsas sirrini açıblar.

Medicina.az xəbər verir ki, ABŞ alimləri yeni elmi tədqiqatla nəhayət ki, ağıl dişinin gec yaşlarda çıxmasının səbəbini tapıblar.

İnsanda ağıl dişlərinin dəqiq nə vaxt çıxmasını bilmək mümkün deyil. İlk ağıl dişi 14 yaşında, sonuncu isə 35 yaşında belə çıxa bilər.

Bəzən onlar heç üzə damağı yarıb üzə çıxmır, damağın içində ilişmiş şəkildə qalır.
Tədqiqatda alimlər kəllə sümükləri və 21 növ dişlərin 3 ölçülü kompüter modelini hazırlayıblar.

Analizlər göstərib ki, dişlərin böyüməsi birbaşa kəllənin formalaşması ilə bağlıdır.
Kəllə sümükləri tam formalaşıb bitənə yaxın ağıl dişi çıxa bilər.

Daimi dişlər 3 mərhələdə çıxır: 6, 12 və 18 yaşda.

Dişlərin tez-gec çıxmasını və müddətini damağın yerləşdiyi sahə təyin edir. Əgər çənə sümükləri geniş deyilsə, çənə sahəsi dardırsa, ağıl dişləri çıxmağa tələsməyəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory