Maraqlı

Ali-İmran surəsində adı çəkilən İmran kimdir?

21 Yanvar 2023 23:20
Baxış: 850
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Quranda buyurulur: "Allah Adəmi, Nuhu, İbrahim övladını və İmran ailəsini aləmlər üzərində seçilmiş (üstün) etdi. Onlar biri digərindən törəmiş bir nəsil idilər. Allah eşidəndir, biləndir!" (Ali-İmran, 33-34).

Bu ayələrdə adı çəkilən İmranın kim olması barədə əsasən iki nəzəriyyə mövcuddur. Bəzi alimlərin fikrincə, İmran Həzrət Yəqub Peyğəmbərin (ə) nəvəsinin nəvəsidir, Həzrət Musa və Harun Peyğəmbərlərin (ə) atasıdır (İmran ibn Yəshər ibn Qahis ibn Laviy ibn Yəqub).

Dini mətnlərdə, eləcə də, klassik ədəbiyyatda Həzrət Musa Peyğəmbər (ə) "Musa ibn İmran" adlandırılır. Həmçinin, yuxarıdakı ayədə ülul-əzm peyğəmbərlər Adəm, Nuh və İbrahimdən (ə) sonra sıra ilə Həzrət Musa Peyğəmbər (ə) gəlməlidir deyə, bu fikri müdafiə edənlər çoxdur.

Digər tərəfdən, bundan sonrakı ayədə "İmranın zövcəsi" ifadəsi işlədilir ki, bu da Həzrət Məryəmin anasına işarədir.

Ona görə bəzi alimlərin fikrincə, ayədəki İmran - Həzrət Süleyman Peyğəmbərin (ə) nəslindəndir və bakirə Məryəmin atasıdır (İmran ibn Həşm ibn Əmun).

Qurani-kərimin 3-cü surəsi "Ali-İmran" adlanır ki, bu da İmranın nəsli, İmranın ailəsi mənasını verir. Beləliklə, birinci nəzəriyyəyə görə Ali-İmran Həzrət Musa və Harundan (ə), onların nəslindən, ikinci nəzəriyyəyə görə Həzrət Məryəmdən və onun oğlu Həzrət İsa Peyğəmbərdən (ə) ibarətdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.