Bir tuluq su ilə susuz qalan Əbazər
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Yayın axırları idi, çox isti idi. Quraqlıq və susuzluq Mədinə əhlini əldən salmışdı. İnsanlar təzə rahat nəfəs almaq istəyirdilər ki, Həzrət Peyğəmbər (s) toplanmağı əmr etdi.
Romalılar müsəlmanları şimal-şərq tərəfdən təhlükədə qoymuşdular. Mədinə əhli meyvə yığımını saxlayıb, döyüşə getdilər. Onlar yayın qızmar istisi altında səhrada Mədinədən Şama tərəf yollandılar.
Münafiqlərin fitnələrinə və susuzluğa baxmayaraq 30 min nəfər toplanmışdı. Səhrada azuqə qıtlığı döyüşdən daha çox təhlükə yaradırdı.
Səhabələrdən biri gəlib, Həzrət Peyğəmbərə (s) deyir: "Ya Rəsullah! Kəəb ibni Malik Mədinəyə tərəf geri qayıdır".
Peyğəmbər (s) buyurur: "Əgər ondan xeyir olsa Allah tezliklə onu bizə qovuşduracaqdır. Ancaq əgər olmasa, Allah sizi onun şərindən qurtarmışdır".
Bir qədər keçir və yenə səhabələrdən biri Həzrətə (s) yaxınlaşıb deyir: "Ya Rəsullah! Mərarə ibni Rəbih də gedir".
Həzrət Peyğəmbər (s) yenə həmin sözləri təkrar edir.
Əbazər yola dəvə ilə çıxmışdı və dəvəsi yolun yarısında dayanır və getmir. Əbazər nə qədər çalışırsa, dəvəsini yerindən tərpədə bilmir.
Ordudan geri qalır və səhabələri bunu görüb, Həzrət Peyğəmbərə (s) deyirlər: "Ya Rəsullah! Əbazər də qayıtdı".
Peyğəmbər (s) yenə həmin sözlərini soyuqqanlıqla deyir. Əbazər yükünü düşürdür və belinə alıb, orduya çatmağa çalışır. Susuzluqdan taqətdən düşmüşdü. Ancaq özünü yaddan çıxardıb, Peyğəmbərə (s) çatmağa çalışırdı.
Bu zaman göydə bir bulud görür və düşünür ki, orada yəqin ki, yağış yağmışdır. Ona görə də yolunu bir qədər əyir. Bir daşa rast gəlir ki, orada yağış suyu yığılmışdı. Bir qədər ondan içir və onun hamısını içmək istəmir.
Fikirləşir ki, yaxşı olar ki, bu suyu özümlə Peyğəmbərə (s) aparım. Ola bilsin ki, Həzrət (s) susuzdur. Suyu tuluğa doldurur və başqa yükləri ilə bir yerdə onu da götürüb yola düzəlir. Susuz halda səhranın dərə və təpələrini keçir.
Uzaqda gözü ordunun qaranlıq kölgəsinə düşür. Ürəyi çırpınmağa başlayır. Ordu görür ki, onlara tərəf bir nəfər gəlir və Peyğəmbərə (s) xəbər verirlər. Peyğəmbər (s) buyurur: "Yaxşı olar ki, Əbazər olsun". Əbazər yaxınlaşdıqca səhabələr qışqırırlar ki, bu Əbazərdir.
Peyğəmbər (s) buyurur: "Allah Əbazərə rəhm etsin. Tək yaşayıb, tək öləcək və tək məhşur olacaqdır".
Peyğəmbər (s) onu qarşılayır və yükünü çiynindən götürüb yerə qoyur. Əbazər susuzluqdan və yorğunluqdan yerə yıxılır.
Peyğəmbər (s) buyurur: "Su hazırlayın və Əbazərə verin ki, çox susuzdur".
Əbazər deyir: "Su mənim yanımdadır".
Həzrət Peyğəmbər (s) buyurur: "Suyun vardı, amma içməmisən?"
Əbazər deyir: "Bəli, atam-anam sənə fəda olsun! Bir daşa rast gəldim ki, oradakı su sərin və içməli idi, bir qədər içdim, amma sonra fikirləşdim ki, onu içməyim, həbibim Rəsullah (s) içsin".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Erlinq İnternetdə viral olan videosunu təkrarladı - (Video)
-
Bakıda ildə 3-4 dəfə təmir olunan yol yenə çökdü - (Video)
-
Günün qoroskopu: Səbrinizi sınayacaq bir vəziyyətlə qarşılaşa bilərsiniz
-
Bakıda xəstəxana pasiyentlərin yeməyini kəsir? - (Video)
-
Tovuza dolu düşüb - (Video)
-
Tarixdə ilk: İnsanla robot arasında döyüş keçirildi - (Video)
XƏBƏR LENTİ
-
Ulduzların iş yerində başlayan eşqləri
-
Erlinq İnternetdə viral olan videosunu təkrarladı - (Video)
-
Ceyhun Bayramov Əraqçi ilə görüşdü
-
Aktyor Rəşad Səfərov xəstəxanaya yerləşdirildi - Yenilənib
-
Bu gün bəzi rayonlarda işıq olmayacaq - Yenilənib
-
Bakıda ildə 3-4 dəfə təmir olunan yol yenə çökdü - (Video)
-
“Kuba tamamilə iflas etmiş bir dövlətdir” - Tramp
-
Günün qoroskopu: Səbrinizi sınayacaq bir vəziyyətlə qarşılaşa bilərsiniz
-
Polşa Orta Dəhlizdən qazanmaq istəyir, lakin "həm nala, həm də mıxa" vurmaq alınmayacaq
-
Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasının sədri ilə görüşüb - (Foto)
-
Bakıda xəstəxana pasiyentlərin yeməyini kəsir? - (Video)
-
Tovuza dolu düşüb - (Video)
-
Elnarə Əliyeva vəfat etdi - (Foto)
-
İrandakı səfirliyimizdən ölkəyə qayıtmaq istəyənlərə - Bildiriş
-
Zelenski və Tramp Nyu-Yorkda görüşüb
-
Bakı qlobal təhlükəsizlik gündəminin mərkəzində: 100-dən artıq ölkə bir araya gəldi
-
“Sabah”ın gənc azarkeşi vəfat etdi - (Foto)
-
Oğuz və Şəkidə tikilən su anbarı: Torpaq sahələri üçün 471 min manatdan çox ödəniş nəzərdə tutulur
-
İsmət Cəfərova yüksək vəzifə verildi
-
Qazax Rayon Psixiatriya Xəstəxanasında yanğın - 44 xəstə təxliyə edildi - (Foto)
-
Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
-
Tarixdə ilk: İnsanla robot arasında döyüş keçirildi - (Video)
-
Meymun tanınmış yazıçının həyat yoldaşını öldürdü - anbaan (Video)
-
Azərbaycanla Ermənistan arasında davamlı sülhün bərqərar olmasını arzulayırıq - Ərdoğan





