Maraqlı

“WhatsApp”dan “internetim kəsildi, cavab verə bilmədim” bəhanəsinə son - FOTO

8 Yanvar 2023 02:33
Baxış: 4 367
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"WhatsApp" messencerinə daha bir maraqlı yenilik gəlib. Belə ki, artıq hətta internet kəsilərkən və ya proqram bloklandıqda belə mesaj göndərmə imkanı var.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, belə ki, tərtibatçılar dövlət tənzimləyiciləri tərəfindən "WhatsApp"ın qadağan olunduğu ölkələrdə istifadəsi üçün proksi server dəstəyi əlavə ediblər.

"WhatsApp" kimi proksi serverlərlə əlaqə də yüksək məxfilik və təhlükəsizliyi təmin edir. Şəxsi mesajlarınız "başdan-sona" ("end-to-end") şifrələmə funksiyası ilə qorunacaq. Bu isə ismarışların yalnız şəxs və ünsiyyət qurduğu istifadəçi üçün əlçatan olmasını təmin edir. Onları başqa heç kim görməyəcək - nə proksi serverlərin sahibləri, nə yad şəxslər, nə "WhatsApp", nə də Meta işçiləri", - deyə tətbiqin bloqunda bildirilib.

Proksi-server vasitəsilə yeni opsiya "WhatsApp" proqramının "iOS" və "Android" üçün ən son versiyasını quraşdırmış bütün istifadəçilər üçün əlçatandır .

"Android" və "iOS" cihazlarında proksi server vasitəsilə əlaqəni aktivləşdirmək üçün "WhatsApp" parametrlərində "Məlumat və yaddaş" bölməsində "Proksi serverdən istifadə et" seçimini etmək və proksi server ünvanını daxil etməlidirlər.

Qeyd edək ki, bu funksiya İranın yerli hökumətinin keçən il insan hüquqlarının pozulması xəbərlərini paylaşmaq üçün istifadə edilən həm "WhatsApp", həm də "Instagram"a girişi bloklaması ilə əlaqədar yaradılıb.

"WhatsApp"dan təssssüflə bildirilib ki, bu kimi hallar hələ də dünyanın bir çox yerində baş verir, şirkət bu internet kəsilmələrinin heç vaxt baş verməməsi üçün çalışır.

"WhatsApp" həmçinin dostları və ailəsi üçün öz proksi serverini yaratmaqda maraqlı olan istifadəçilər üçün bələdçi təqdim edib.

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.