Maraqlı

Sürücü əyləcsiz avtomobillə 514 kilometr yol qət edib və sağ qalıb

11 Dekabr 2022 07:24
Baxış: 1 279
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Çində sürücü əyləci sıradan çıxan avtomobillə 514 kilometr yol qət edərək sağ qalıb.

Milli.Az bildirir ki, bu barədə "Daily Mail" məlumat yayıb.

Lo adlı şəxs Çin istehsalı olan "Haval H6" krossoverini idarə edib. O, maşını kruiz kontrol sisteminə qoyub və sürəti saatda təxminən 100 kilometrə təyin edib. Lo daha sonra onu endirməyə çalışıb, lakin kruiz kontrol onun əmrlərinə cavab verməyib. Kişi maşını başqa cür saxlaya bilməyib. Nəticədə o, avtomobilinin yanacağı bitənə qədər bir neçə yüz kilometr məsafəni eyni sürətlə sürməli olub. Bütün bu müddət ərzində kişi həyatı üçün qorxub.

Yolda Lo təcili yardım xidmətlərinə zəng edərək problemini danışıb. Polis onu müşayiətçi ilə təmin edib və magistral yolda digər avtomobillərlə toqquşmamasına diqqət yetirib. Yerli "Haval" filialının mühəndisləri kişi ilə telefonla əlaqə saxlasalar da, ona kömək edə bilməyiblər.

Nəhayət, yanacaq tükənib və maşın dayanıb. Ümumilikdə, kişi 514 kilometr yol qət edib, səyahət təxminən beş saat çəkib. Lo avtomobildə olan yeganə şəxs olub. Hadisəyə nəyin səbəb olduğu məlum deyil. Avtomobil istehsalçısı araşdırma aparır.

İrfan Vəliyev
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.