Maraqlı

Qaraciyəri möhkəmləndirən ən güclü vasitə - balqabaq şirəsi və bal

29 Noyabr 2022 23:15
Baxış: 1 391
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Balla balqabağın qarışığı xalq təbabətində ən tanınmış müalicəvi vasitələrdən biridir. Bu qarışıq həqiqətən çox güclü müalicəvi təsirə malikdir.

Bu qarışığın müxtəlif hazırlanma üsulları var - bal balqabaq şirəsi ilə qarışdırılır və ya balqabağın əti sobada bişirilir, əzilir və balla qarışdırılır. Lakin ən faydalı qarışıq hazırlamaq üçün təqdim etdiyimi tanınmış qədim reseptdən istifadə edin. İri balqabağı götürüb yuxarısını kəsin və qaşıqla tumları çıxardın ki, oyuq alınsın. Bu oyuğa ortasına qədər duru bal tökün, kəsilmiş yuxarı hissəsini üzərinə qoyun (qapaq kimi), qıraqları xəmirlə "yapışdırın". Balqabağı 10 gün ərzində soyuq yerdə saxlayın. Daha sonra balqabağı "açın", alınmış şirəni şüşə bankaya tökün və soyuducuda saxlayın. Qarışığı gündə 2 dəfə yeməkdən 30-40 dəqiqə əvvəl 1 x.q. olmaqla qəbul etmək lazımdır.

Balla balqabağın faydaları:

- qanazlığı zamanı çox faydalıdır, qanın tərkibini yaxşılaşdırır

- orqanizmi möhkəmləndirir, immun sisteminin fəaliyyətini yaxşıalşdırır

- orqanizmi şlaklar və toksinlərdən təmizləyir

- bağırsaqların fəaliyyətini yaxşılaşdırır, qəbizliklə mübarizə etməyə kömək edir

- qaraciyər üçün olduqca faydalıdır

- böyrəkləri, sidik kisəsini, sidik yolları təmizləyir

- sakitləşdirir, stressi azaldır, yuxunu tənzimləyir

Sizdə qastrit, mədə xorası və s. kimi mədə-bağırsaq sistemi xəstəlikləri varsa, balqabağı sobada bişirin, əzin və sonra balla qarışdırın.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.