Maraqlı

Bu maska ilə üzünüz hamar və parıltılı olacaq

20 Noyabr 2022 14:20
Baxış: 810
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Düyü və kətan toxumundan hazırlanan maska dərini təmizləyir daha hamar və parlaq edir. Eyni zamanda, bu maska günəş ləkələri, çillər və hamiləlik ləkələrinə qarşı da istifadə oluna bilər.

Milli.Az Axşam.az-a istinadən düyü və kətan toxumundan hazırlanan maskanı təqdim edir.

Tərkibi:

1 stəkan qaynar su
1 xörək qaşığı düyü
1 xörək qaşığı kətan toxumu

Hazırlanması:

Bütün inqrediyentləri bir qaba əlavə edib qapağı bağlayın. İki saat gözlədikdən sonra qarışdırıb yenidən 2 saat gözləyin. Bu prosesi 2-3 dəfə təkrarlayın. Düyü şişdikdən sonra qaynayana qədər aşağı odda bişirin və sonda soyumasını gözləyin. Qarışımı süzün. İçərisinə aloe vera geli, 1 çay qaşığı E vitamini də əlavə edə bilərsiniz. Maskanı axşam üzünüzə çəkib səhərə qədər dərinizdə qalmasına çalışın. Yuduqdan sonra nəmləndirici krem ​​çəkin.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.