Maraqlı

Villaya girən meymunlar bütün konyakları içdilər - VİDEO

17 Noyabr 2022 20:42
Baxış: 1 031
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Cənubi Afrikanın Qərbi Kap əyalətində meymunlar istirahət edənlərin kirayə götürdükləri dəbdəbəli mənzilə soxulub, səhər yeməyi üçün hazırlanmış avokadoları yeyib və bütün konyakları içiblər.

Milli.Az bildirir ki, heyvanların yer aldığı video "Daily Star"ın diqqətini çəkib.

Zoi Uilyams dostları ilə birlikdə "Airbnb" vasitəsilə pəncərədən möhtəşəm mənzərəsi olan beş otaqlı mənzil kirayələyib. Evə çatanda dostlar görüblər ki, otağa bir sürü meymun girib. İnsanların gəlişindən əvvəl meymunlar bütün konyakları içib səhər yeməyini yeyiblər.

Qadın heyvanların həyasızlığına heyran olub və hadisəni videoya çəkib. Tvitterdə yerləşdirdiyi paylaşımların birində meymunun yerə bir stəkan konyak qoyub hovuzun kənarında gəzdiyini görmək olar. Meymun sanki terrasdan mənzərədən həzz alıb. "O, bütöv bir stəkan içdi", - videonun müəllifi deyib.

Başqa bir görüntüdə meymunlardan birinin mətbəx masasında oturaraq çipsi paketini açması əks olunub.

İrfan Vəliyev
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.