Maraqlı

Bu qış geyinmək istəyəcəyiniz libaslar - FOTO

27 Noyabr 2022 19:32
Baxış: 1 158
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bir neçə mövsüm ardıcıl olaraq dəbdə olan trikotaj donlar yenidən aktuallaşıb. Zərifliyinizi ön plana çıxarmaq və göstərmək istəyirsinizsə, bu işdə trikotaj donlar köməyinizə çatacaq. Onlar soyuq havalar üçün sadəcə əvəzolunmaz seçimdir.

Milli.Az xəbər verir ki, xarici ekspertlərin tövsiyyələrinə görə, şaquli xətlər bədən formalarını zərif şəkildə vurğulayır, həm də onunla istənilən obrazı yaratmaq asan olur. Qeyd olunur ki, trikotaj paltar seçərkən, yalnız dar variantlar üzərində dayanmayın, daha boş və rahat modelləri də nəzərdən keçirin.

Moda ekspertlərinin fikrincə, daha seksual görünüş yaratmaq istəyirsinizsə, dizdən bir az yuxarı olan düz variantlara nəzər salın. Özünüzü yalnız mini ilə məhdudlaşdırmayın, ancaq maksimum uzunluq seçərkən paltarın boyunuzu kəsmədiyindən əmin olun. Qışda paltarın ətəyini ləkələməmək üçün hündür platforma çəkmələr və ya dikdaban ayaqqabılarla uzlaşdırın. Üslubun sadəliyinə baxmayaraq, uzun trikotaj paltar çox qəşəng görünür, eyni zamanda sizi daha incə göstərir.

Bildirilir ki, polo yaxalıq idman stilinə yaxın olsa da, tritokaj modelinə əlavə olunmuş bu detal həm klassik, həm də sport stil yaratmağa kömək edəcək. Yaxada "V kəsim" yalnız qəşəng görünmür, həm də boyunu vizual olaraq uzadır və soyuq mövsümdə istənilən boyunbağını taxmağa imkan verir. Həddən çox olan yaxa formalarına da diqqət yetirin: uzunboğaz, düyməli, zəncirbəndli və ya lakonik. Onlar arasında sizə yaraşanı seçmək çətin olmayacaq. (publika)

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.