Maraqlı

Hallüsinasiya və sayıqlama B12 vitamin əsklikliyindən ola bilir

26 Noyabr 2022 20:30
Baxış: 436
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bir çox psixi xəstəliklərə xarakter olan qarabasma və sayıqlama beyinin B12 əskikliyinə reaksiyasından ola bilər.

"Medicina" xəbər verir ki, nevroloq Aleksandra Alexina B12-nin sinir və psixoloji funksiyalara təsirindən danışıb.

"B12 qanda qırmızı qan hüceyrələrinin yaranması və bədənə, beyinə oksigeni daşımağa təsir edir.
Onun defisiti güclü yorğunluq, qıcıq, depressiya, əqli, zehni qabiliyyətin düşməsi, eləcə də hallüsinasiya və sayıqlamağa gətirib çıxara bilər.
Bir çox psixozların səbəbi elə B12 əskikliyidir.

Hallüsinasiya zamanı insan əslində mövcud olmayan səsləri eşidir, nələrsə görür, dad və qoxuları hiss edir.
B12 əsklikliyi serebral disfunksiyaya səbəb olur. Belə xəstələri müalicə edərkən mütləq B12 analizi alınmalı və yanaşı olaraq, bu vitamin bərpa olunmalıdır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.