Maraqlı

Ana qızını ilandan belə qorudu - VİDEO

15 Noyabr 2022 04:44
Baxış: 1 741
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avstraliyanın Viktoriya ştatının Melburn şəhərinin sakini uşaqdan bir neçə santimetr aralıda ölümcül zəhərli torlu qəhvəyi ilanı görüb və qızını xilas edib.

Milli.Az bildirir ki, bu barədə Daily Mail məlumat yayıb.

Daniella Vizzini kiçik qızı Eva hovuzda oynayarkən həyətində günəş vannası qəbul edib. Bir neçə dəqiqədən sonra qadın dünyanın ən zəhərli növlərindən biri hesab edilən qəhvəyi torlu ilanın qızına tərəf süründüyünü görüb. Ana uşağa kömək etməyə tələsib və bir saniyə əvvəl qızını hovuzdan çıxara bilib.

Hadisə evdə quraşdırılan müşahidə kamerası tərəfindən lentə alınıb. Görüntülərdə qadının qızı ilə evə qaçdığı görünüb. Sosial şəbəkə istifadəçiləri ananın ildırım sürətiylə reaksiyasını yüksək qiymətləndirib.

Vizzini sakinlərə xəbərdarlıq edib ki, çəmənliklərini qısaltsınlar, çünki ilanlar isti havalarda daha aktivləşərək cütləşmə tərəfdaşları və yemək axtarırlar.

Torlu qəhvəyi ilanlar dünyanın ən zəhərli ilanlarındandır. Onların zəhəri insanlarda başgicəllənmə, ishal, güc itkisi və ya qıcolma, böyrək çatışmazlığı, iflic və ürəyin dayanmasına səbəb olur. Avstraliyada ilan sancması ölümlərinin 60 faizi bu növdəndir. Bu ilanlar əsəbidir və tərkibində 58 nəfəri öldürəcək qədər zəhər var. Antidot olmadan, ölüm dişləmədən sonra yarım saat ərzində baş verə bilər.

İrfan Vəliyev
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.