Maraqlı

Bu çayla daha tez arıqlayacaqsınız

8 Noyabr 2022 12:40
Baxış: 727
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Pəhriz zamanı qəbul edilən qidalar orqanizmin tələbatını ödəmədikdə daha çox yemək və ya şirniyyat istehlak etmək istəyiniz artır. Bunun qarşısını ala bilmədikdə isə yenidən başlamalı olursunuz.

Milli.Az Axşam.az-a istinadən pəhriz zamanı həm arıqlamağınıza yardımçı olacaq, həm şirniyyata olan istəyinizi azaldacaq çay reseptini təqdim edir.

Tərkibi:

1 xörək qaşığı və ya 1 paket yaşıl çay
1 alma
2 çubuq darçın
1 ədəd kiçik ölçülü zəncəfil

Hazırlanma qaydası:

Qaynadılmış yarım litr suya yaşıl çayı əlavə edib dəmləyin. Daha sonra 1 ədəd almanı qabığı ilə birlikdə xırda doğrayaraq çaya əlavə edin. Darçın və sürtgəcdən keçirdiyiniz zəncəfili çaya qatdıqdan sonra istehlak edə bilərsiniz.

Çayı axşam yeməyindən bir neçə saat sonra tox qarına için.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.