Maraqlı

Gündəlik xəbərləri oxumaq və izləmək psixika üçün təhlükəlidir - Həkim

8 Noyabr 2022 19:30
Baxış: 606
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Hər gün dünyada və ölkədə baş verən xəbərləri izləmək insan psixikası üçün təhlükəlidir.

Milli.Az medicina.az-a istinadən bildirir ki, psixiatr Aleksandr Fedoroviç bunun insanda psixi pozuntular yaratdığını deyib.
Həvəslə xəbərlərə oxuyan, dünyada baş verənlərə maraq göstərənlərdə panik atak, təşviş pozuntusu, iştah azalması, yuxusuzluq, depressiya baş verir. Onlar həyatdan qorxur, güvənmir və bütün bunların səbəbkarının xəbərlər olduğunu da anlamır.

İnsanlar bilməlidir ki, onlar üçün birinci yerdə öz şəxsi həyatları gəlməli, sonra siyasi, iqtisadi, dünyada baş verənlər.
Bəzən insanlar problemin səbəbini bilir, amma yenə də bu vərdişini tərgidə bilmir.

Kütləvi informasiya vasitələri, sosial şəbəkələr həyat keyfiyyətini azaldır, apatiyaya səbəb olur, insanın əhvalı düşür.
Nəticədə sonda ağırlaşmalarla həkim psixiatra gəlir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.