Maraqlı

Əncirin bilmədiyimiz faydaları: bu problemləri olanlar...

12 Noyabr 2022 22:01
Baxış: 668
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yüzlərlə kiçik toxumla dolu olan əncir sağlamlığınız üçün çox vacibdir.

Əncir lif, həmçinin dəmir, kalsium, kalium və C, B1, B2, B6 vitaminləri ilə zəngindir. Əncir və yarpaqları müxtəlif qida maddələri ilə zəngindir və sağlamlığa faydalıdır.

Əncir həzmi tənzimləməyə, ürək sağlamlığını qorumağa və qan şəkərini idarə etməyə kömək edir.

Tərkibində minerallar, vitaminlər və antioksidanlar var.

Həzm problemlərini azaldır. Əncirdə olan yüksək miqdarda kalsium sümük sağlamlığı üçün idealdır.

Gündə 2 qurudulmuş əncir yemək lazımi miqdarda kalsium almağa kömək edəcək.

Əncir qan təzyiqinə sabitləşdirici təsir göstərir. Həmçinin yüksək qan təzyiqini aşağı salır.

Damar və ürək sağlamlığını yaxşılaşdıra bilər. Güclü antioksidanlarla zəngin olan əncirin ürək-damar sağlamlığı üçün faydalı olduğu düşünülür.

Arıqlamağa kömək edir və toxluq hissi yaradır.

Qurudulmuş əncir B6 vitamini ilə zəngin olduğundan bədəndəki xolesterol səviyyəsini qoruyur və bu da qidanın asanlıqla həzm olunmasına gətirib çıxarır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.