Maraqlı

Valideynlərini aldadarkən bilmədən özünə biznes qurdu

13 Oktyabr 2022 21:00
Baxış: 742
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avstraliyalı Ceyn Lu valideynləri bilmədən çox milyon dollarlıq biznesə başlayıb və onları məyus etməmək üçün iki il ofisə gedirmiş kimi davranıb.

Milli.Az bildirir ki, bu barədə "7News" xəbər verir.

Lu səkkiz yaşında olanda ailəsi Çindən Avstraliyaya köçüb. Qadının valideynləri həmişə onun həkim, hüquqşünas və ya mühasib olmasını istəyiblər. Valideynlərinin gözləntilərini qarşılamaq üçün qızı nüfuzlu bir şirkətdə maliyyə sahəsində yüksək maaşlı bir iş tapıb, lakin tez bir zamanda ofisdə işləyə bilməyəcəyini anlayıb.

Lu ailəsini incitmək istəməyib və onlara işə nifrət etdiyini deməyib. Əvəzində işdən çıxıb, amma valideynlərinin dincliyi üçün hər səhər durmağa, kostyum geyinməyə və mövcud olmayan işə getməyə davam edib. 36 yaşlı Lu xatırlayır: "Etdiyim işdən çox utandım və bu vəziyyətdə olduğum üçün özümdən məyus oldum".

Qadın öz biznesini açmağa çalışsa da, buna nail ola bilməyib. Sonra idarəçi kimi işə düzəlib və bizneslə məşğul olmağa davam edib. 2010-cu ildə Lu özünün "Showpo" onlayn moda mağazasını açıb. "Valideynlərim Showpo açdığımı bilirdilər, lakin onlar bunun əlavə gəlir olduğunu düşünürdülər", - o deyib.

İki ildən sonra biznes sürətlə inkişaf edib və Lu həqiqəti ailəsinə söyləyib. O, ipotekanı ödəyə və valideynlərinə yeni avtomobil ala bilib.

Hazırda brend öz məhsullarını 120-dən çox ölkəyə tədarük edir. "Showpo" dünyanın ən böyük onlayn geyim mağazalarından biri olub. "Əgər artıq bir iş fikrin varsa, o zaman başla, çünki heç vaxt prosesdəki qədər çox şey öyrənməyəcəksən. Sadəcə çevik olmalısan", - Lu deyib.

İrfan Vəliyev
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.