Necə bilək ki, insan Allah bəndəsidir?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Allah bəndəsi deyildikdə, o kəs nəzərdə tutulur ki, öz tutumu həddində Allahın əmrlərinə təslim olar. Misal üçün, əgər maddi imkanı yoxdursa həcc ona vacib olmur.
Çünki bu vacibatı yerinə yetirmək üçün lazım olan şəraitə malik deyildir. Və ya bir nəfərin uzun sürən xəstəliyi vardır və həkimi buyurur ki, şəfa tapmağın üçün gərək oruc tutmayasan. Bu zaman oruc vacibatı onun boynundan götürülür. Əgər insan bütün bu göstərişlərə qulaq verib əməl edirsə, deməli Allah bəndəsidir.
Kəbirə günahlardan çəkinmək və özünü səğirə günahlara düçar olmaqdan qorumaq da bəndəliyin nişanələrindən biridir. O zaman ki, səğirə günahlarından çəkinir və kəbirə günahlarından qaçırıq, deməli Allah bəndəsiyik. Həzrət Peyğəmbər (s) bu cür insanı mələklərdən də dəyərli hesab etmişdir.
Allah Təala Həzrət Peyğəmbərə (s) əmr verərək buyurmuşdur: "Öz nəfsini həmişə özlərinin Rəbbinin razılığını diləyən halda sübh vaxtı və axşamçağı Onu çağıranlara qoş.
Məbada dünya həyatının zinət və bər-bəzəyini istəmək üçün gözlərini onlardan (başqa bir şəxsə və şeyə tərəf) çevirəsən. (Keçmişdəki azğınlıq və itaətsizliklərinə görə) qəlbini Öz zikrimizdən qafil etdiyimiz, nəfsi istəklərinə tabe olan və işi israf və (Allahın müəyyənləşdirdiyi həddi) aşmaq olan kəsə itaət etmə!".
("Kəhf" 28).
Beləliklə deyə bilərik ki, Allah bəndəliyinin nişanələrindən biri - öz tutumuna görə Allahın əmrlərinə itaət etməkdir. Əgər maddi imkanı varsa - həccə getməlidir, əgər xəstədirsə - oruc tutmamalıdır.
Eyni zamanda Allah bəndəsi o kəsdir ki, kəbirə günahları tanıyar və onlardan qaçar. Təbii ki, səğirə günahlara düçar olmaqdan belə çəkinər.
Budur həqiqi Allah bəndəsi. Onun bütün səy və çalışması - Allah razılığını qazanmaq olar.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Conidən evli olmasına xəbərinə reaksiya
-
Bakıda 13 yaşlı qız hamilə qaldı, 18 yaşlı oğlan həbs edildi
-
ABŞ qırıcısı qəzaya uğradı
-
Asya Alizadeyə növbəti qadağa
-
Azərbaycanda toy qaydaları dəyişir? - 120 nəfər, 2 saat...
-
DTX terrorçuluqla bağlı əməliyyat keçirdi: 11 nəfər həbs edildi - (Video)
-
Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər
-
Bakıda yol xəttini qara boya ilə dəyişdilər - 3 nəfər saxlanıldı - (Video)
-
Ledi Qaqanın ilk övladının adı və cinsi bəlli oldu
-
Rusiyada seçkilər başladı
-
Azərbaycan nefti yenidən ucuzlaşdı
-
Formula 1 vaxtı bir çox əsas yollar müəyyən saatlarda açıq olacaq
-
Aras Bulut İynemli və daha 15 məşhur saxlanıldı - (Foto)
-
Azərbaycan XİN Çilini təbrik etdi
-
Neftçi 1000-ci oyununa çıxır
-
Süni intellekt öz gələcəyini özü hazırlayır: Təhlükəli mərhələ başlayır
-
“Alya”nın ağlama səhnəsi müzakirə yaratdı – (Video)
-
Zaqatalada 52 yaşlı kişinin meyiti tapıldı
-
Dünya bazarında neftin qiyməti ucuzlaşdı
-
Xətai və Sabunçuda qaz kəsiləcək
-
Bakının bir sıra ərazilərində işıq olmayacaq
-
"Aşk-ı Memnu"nun məşhur aktrisası vəfat etdi - (Foto)
-
Avropa Liqası: “Beşiktaş” Fransa nəhəngini darmadağın etdi
-
Nə yaşıl, nə də qara: Ən sağlam çay məlum oldu





