İnsanın əməlləri harada qeyd olunur?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Qurani-Kərim buyurur: "Bizim onların yanında olan elçilərimiz yazırlar". ("Zuxruf" 80).
"Və əlbəttə, sizin üstünüzdə gözətçilər vardır. Şərəfli (möhtərəm) yazanlar (mələklər vardır). Onlar sizin nə etdiklərinizi (zahir və batini, ixlası və riyanı, kamal və nöqsan dərəcələrini) bilirlər". ("İnfitar" 10-12).
Bu ayələrdən də göründüyü kimi, insan əməllərinə məmur olan mələklər onların bütün əməllərindən agahdırlar və onu yazırlar.
Qurani-Kərimin başqa yerində buyurulur: "Və o kitab (hər bir fərdin əməllərinin kitabı əlinə, hər bir ümmətin əməl kitabı gözlərinin önünə və bütün bəşəriyyətin əməllərinin böyük kitabı hamının görə biləcəyi bir yerə) qoyular. Beləliklə, günahkarları onda olandan qorxan görərsən.
Və onlar deyərlər: "Vay olsun bizə! Bu necə yazıdır ki, heç bir kiçik və böyüyü (bizim zehnimizdən keçirdiklərimizin, qəlbi inanclarımızın və bədənimizin hərəkətlərinin heç birini) yerdə qoymadan, istisnasız hamısını saymışdır!".
Onlar (dünyada) etdiklərini (əməllərinin hesabını, əməl zamanı çəkilmiş şəklini, axirət cəzasını, həmin əməllərin öz cisim və ruhlarına təsirlərini və onların həmin aləmdəki təcəssümünü) hazır görəcəklər. Sənin Rəbbin heç kəsə zülm etməyəcəkdir". ("Kəhf" 49).
Quran ayələrindən belə nəticəyə gəlmək olur ki, insan əməli bir neçə kitabda qeyd olunur ki, Qiyamət günü heç bir bəhanə və üzrə yer qalmasın.
1. Əməl dəftərində. Bu dəftərdə insanın bütün ömrü boyu yerinə yetirdiyi əməllər qeydə alınar. Quran deyir: "(Ona deyilər:) "Öz (qəlb və bədəninin əməl) kitabını oxu, bu gün sən özün özünün (əməllərinin) hesabını aparmaq üçün kifayətsən"". ("İsra" 14).
2. Ümmətlərin əməl dəftərində. Onların həyatının ictimai tərəflərini qeydə alar. Quran buyurur:"(Həmin gün) bütün ümmətləri (qorxunun şiddətindən) bir yerə toplaşmış və diz çökmüş görərsən.
Hər bir ümmət öz kitabına (hər bir şəxs öz əməl dəftərinə və ya hər bir ümmət öz dini kitabına) tərəf çağırılacaq (və belə xitab olunacaq ki:) "etdiklərinizin müqabilində bu gün cəzalandırılacaqsınız (və ya sizin axirət cəzanız dünyadakı əməllərinizin gerçək təzahürüdür)"". ("Casiyə" 28).
3. Lövhi-məhfuzda. Bu lövhdə nəinki insanların bütün ömrü boyu yerinə yetirdikləri əməllər, dünyanın əvvəlindən tutmuş axırına qədər olan bütün hadisələr qeyd olunar.
İmam Sadiqdən (ə) belə bir hədis oxuyuruq ki, buyurub: "Peyğəmbər (s) otsuz və susuz bir torpağa gəlir və tərəfdaşlarına buyurur: "Odun gətirin".
Deyirlər: "Ya Rəsul! Bura susuz bir diyardır ki, heç bir odunu yoxdur".
Buyurur: "Gedin, hər kim bacardığı qədərini toplasın". Hər biri özü ilə bir qədər odun və qurumuş çöp gətirirlər. Onları Peyğəmbərin (s) qarşısında yığırlar. (Sonra onu yandırırlar).
Peyğəmbər (s) buyurur: "Günah da bu cür bir-birinin üzərində yığılır (və siz onlara tək-tək əhəmiyyət vermirsiniz). Qorxun kiçik günahlardan ki, hər şeyin tələb edəni vardır. Onların tələb edəni əvvəlcədən göndəriləndirlər. Hər şey böyük kitabda qeyd olunar"".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Erlinq İnternetdə viral olan videosunu təkrarladı - (Video)
-
Bakıda ildə 3-4 dəfə təmir olunan yol yenə çökdü - (Video)
-
Günün qoroskopu: Səbrinizi sınayacaq bir vəziyyətlə qarşılaşa bilərsiniz
-
Bakıda xəstəxana pasiyentlərin yeməyini kəsir? - (Video)
-
Tovuza dolu düşüb - (Video)
-
Tarixdə ilk: İnsanla robot arasında döyüş keçirildi - (Video)
XƏBƏR LENTİ
-
Erlinq İnternetdə viral olan videosunu təkrarladı - (Video)
-
Ceyhun Bayramov Əraqçi ilə görüşdü
-
Aktyor Rəşad Səfərov xəstəxanaya yerləşdirildi - Yenilənib
-
Bu gün bəzi rayonlarda işıq olmayacaq - Yenilənib
-
Bakıda ildə 3-4 dəfə təmir olunan yol yenə çökdü - (Video)
-
“Kuba tamamilə iflas etmiş bir dövlətdir” - Tramp
-
Günün qoroskopu: Səbrinizi sınayacaq bir vəziyyətlə qarşılaşa bilərsiniz
-
Polşa Orta Dəhlizdən qazanmaq istəyir, lakin "həm nala, həm də mıxa" vurmaq alınmayacaq
-
Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasının sədri ilə görüşüb - (Foto)
-
Bakıda xəstəxana pasiyentlərin yeməyini kəsir? - (Video)
-
Tovuza dolu düşüb - (Video)
-
Elnarə Əliyeva vəfat etdi - (Foto)
-
İrandakı səfirliyimizdən ölkəyə qayıtmaq istəyənlərə - Bildiriş
-
Zelenski və Tramp Nyu-Yorkda görüşüb
-
Bakı qlobal təhlükəsizlik gündəminin mərkəzində: 100-dən artıq ölkə bir araya gəldi
-
“Sabah”ın gənc azarkeşi vəfat etdi - (Foto)
-
Oğuz və Şəkidə tikilən su anbarı: Torpaq sahələri üçün 471 min manatdan çox ödəniş nəzərdə tutulur
-
İsmət Cəfərova yüksək vəzifə verildi
-
Qazax Rayon Psixiatriya Xəstəxanasında yanğın - 44 xəstə təxliyə edildi - (Foto)
-
Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
-
Tarixdə ilk: İnsanla robot arasında döyüş keçirildi - (Video)
-
Meymun tanınmış yazıçının həyat yoldaşını öldürdü - anbaan (Video)
-
Azərbaycanla Ermənistan arasında davamlı sülhün bərqərar olmasını arzulayırıq - Ərdoğan
-
Dambrauskas bölgələrimizə heyran qaldı - (Foto)





