Maraqlı

Hamiləlikdə stress uşağın autist doğulmasına təsir edir

23 Avqust 2022 19:35
Baxış: 453
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Alimlər son zamanlar çox yayılan autizmin səbəblərindən ikisini açıqlayıb.

Milli.Az medicina.az-a istinadən bildirir ki, Dyuk universitetinin alimləri siçanlar üzərində eskperiment aparıb.

Onların saxlandığı yeri dizel yanacağı ilə havanı çirkləndiriblər. Üstəlik bu sınağa stress də əlavə ediblər.

Daha sonra hamilə siçanların balalarını test ediblər.

Maraqlısı odur ki, dişi siçan balalarında heç bir autizm əlamətləri olmadı. Adətən autizm oğlanlarda olur. Bu da özünü doğruldub. Erkək siçan balalarında sosializasiya problemləri baş verib.

Alimlər bu qənaətə gəlib ki, hamilənin olduğu mühitdə atmosfer, hava çirklənməsi, tüstü və hamilənin keçirdiyi stress döldə beyin pozulmaları, gələcəkdə autizm, parkinson, şizofreniya, alsgeymer yarada bilər.

Siçanlar üzərində təcrübə göstərib ki, çirkli hava ilə nəfəs alan və daha çox stres keçirən dişi siçanlar daha çox autist bala dünyaya gətirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.