Maraqlı

Azərbaycan qadınlarında çox rast gəlinən - İsterik nevrozun ƏLAMƏTLƏRİ

20 Avqust 2022 21:35
2 Şərh     Baxış: 947
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Uzun müddət ailədə, işdə stres ortamı, arzulara çatmamaq, əzilmək, fikrini çatdıra bilməmək, daim təlaş, qorxu içərisində yaşamaq nevrozun daha qabarıq forması isterik formanı yaradır. Bu əsasən qadınlarda 25-30 yaşdan sonra çox rast gəlinir.

Milli.Az medicina.az-a istinadən bildirir ki, funksional sinir, nevroloji pozulmadır. Əsası uşaq yaşlarından qoyulur, uyğun şəraitə düşdükdə aktivləşir.

Bəzən bu xəstəliyi ərköyünlük, xarakterlə səhv salırlar. Müalicə olunmadıqda, hətta ağır depressiya, şizofreniya və intihara gətirib çıxarır.

Əsas əlamətlərinə diqqət yetirsəz, vaxtında diaqnoz oluna bilər:

- isterik ürək getmələr, əsəbləşəndə, çığıranda bayılma

- qıcolma

- isterik amneziya (yaddaşın pozulması)

- mutizm nitqin olmaması

- afoniya səsin batması

- karlıq, korluq

- isterik ağrılar

- udmanın pozulması

- qusma

- hıçqırıq

Müalicəsi psixiatr, nevroloq, psixoterapevtlər tərəfindən aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.