Rabitələri xarab edən 10 virus
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İnsan ictimai varlıqdır və ona görə də ehtiyaclarını ödəmək üçün başqa insanlarla rabitə qurmağa məcburdur.
Əgər başqaları ilə rabitə quran zaman məharətli olarsa, işlərində də müvəffəq olar. Əks halda, həyatı elə də asan keçməz. Bəzi rabitə vurusları vardır ki, insanlarla ünsiyyət və rəftarda insana ancaq ziyan gətirir. Bu virusları tanıyaraq, onlardan çəkinməyə çalışaq.
1. Təkrar-təkrar nəsihət vermək. Nəsihət vermək qarşı tərəfin eyiblərini aradan qaldırmaq üçün ona yardım edən əməllədəndir. Ancaq hər bir əməldə olduğu kimi, nəsihət verən zaman da həddi aşmaq olmaz. Bir mövzu haqqında təkrar-təkrar nəsihət vermək rabitələri xarab edər və qarşı tərəfə fayda verməz.
2. Davamlı olaraq təzəkkür vermək. Əgər insan bir başqası tərəfindən davamlı olaraq təzəkkür eşidərsə, həmin mövzuya olan əlaqəsi azalar və qarşı tərəfə kin bəsləməyə başlayar. Bu da rabitələrin pisləşməsinə səbəb olar.
3. Qınamaq və məzəmmət etmək. Bir insanı yersiz yerə qınamaq və məzəmmət etmək - rabitələri xarab edən amillərdəndir.
4. Minnət qoymaq. Əgər yaxşı iş görən zaman savab qazanmaq istəyiriksə, gərək onu minnətsiz edək. Əgər minnət qoyarıqsa, o zaman həm həmin əməlin savabı əldən gedər, həm də qarşı tərəf bizə kin bəsləyər.
5. Müqayisə etmək. Başqaları ilə rabitədə müqayisədən çəkinmək lazımdır. Çünki insanı bir başqası ilə müqayisə etmək şəxsiyyətini alçaldar və ona mənəvi zərbələr vurar. Nəticədə isə rabitələr aradan gedər.
6. Çoxlu mübahisə etmək. Dinimiz mübahisə etməyi bəyənmir və ondan çəkinməyi tövsiyə edir. Çünki mübahisə insana ziyandan başqa bir xeyir verməz.
7. Mənfi olduğu damğası vurmaq. İnsanları pis olmaqları ilə günahlandırmaq - dinimizin nəzərinə görə bəyənilməyən əməllərdəndir. Heç bir kəsin haqqı yoxdur ki, bir başqasına mənfi olmaq damğası vursun.
8. Mənfi insan olacağını qabaqcadan söyləmək. Heç kəs qarşı tərəfin necə insan olacağını qabaqcadan deyə bilməz. Çünki yaşadığımız həyatda elə hadisələr baş verir ki, insanın şəxsiyyətini və xasiyyətini dəyişdirə bilir.
9. Davamlı olaraq ondan şikayətlənmək və gileylənmək. Bir başqası haqqında davamlı olaraq şikayətlənmək - ictimai rabitələrə zərbə vuran ən böyük amillərdəndir. Qarşı tərəfdə mənfi fikir yaradır və rabitələri xarab edir.
10. İttiham etmək. Dinimiz buyurur ki, əgər əlində dəlil yoxdursa, qarşı tərəfi ittiham edə bilməzsən. Əgər həqiqətən də səhv iş görübdürsə də, gərək böyüklük göstərib onu bağışlayasan.
Çünki insan əgər qarşı tərəfi yanlış yerə ittiham edərsə, böyük günah olan töhmətə düçar olar. Əgər doğru yerə ittiham edərsə, ictimai rabitələrini korlamış olar. Hər iki halda da ittiham etmək rabitələrin virusu sayılır.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
"Volkswagen" 200 mindən çox avtomobili geri çağırır – SƏBƏB
-
"Qarabağ"ın 5 legioneri milli komandalarına çağırıldı
-
"Həmin oğlan uşaqlarının valideynini “öldürmək” istəyirəm" - (Video)
-
Harri Keyn Bundesliqada tarix yazdı
-
Şəbnəm Tovuzlu fanatına ağız büzdü – (Video)
-
Bundesliqa: “Bavariya” darmadağınla qalib gəldi
XƏBƏR LENTİ
-
Elşad Namazov vəzifəsindən getdi
-
"Volkswagen" 200 mindən çox avtomobili geri çağırır – SƏBƏB
-
Həbsdə ölən keçmiş icra başçısının binası satışa çıxarıldı
-
"Qarabağ"ın 5 legioneri milli komandalarına çağırıldı
-
Tramp üçüncü prezidentlik dövründə əldə etdiyi 25 nailiyyət - Siyahı - (Foto)
-
Bakıda qadına 12 bıçaq zərbəsi vuruldu: 17 yaşlı oğlu tutuldu
-
Bu xanıma yüksək vəzifə verildi
-
On beş milyon azadlıq mərmisi
-
"Həmin oğlan uşaqlarının valideynini “öldürmək” istəyirəm" - (Video)
-
Harri Keyn Bundesliqada tarix yazdı
-
Pakistanda terror aktında ölənlərin sayı 31-ə çatdı
-
Milli Musiqi Günü münasibətilə Gəncə Dövlət Filarmoniyasında konsert proqramı keçirilib (Foto)
-
Tramp: ABŞ və Danimarka Qrenlandiya ilə bağlı razılaşdı
-
Əfsanəvi futbolçu vəfat etdi
-
Şəbnəm Tovuzlu fanatına ağız büzdü – (Video)
-
Azərbaycanda 90 məktəblə bağlı qərar verildi
-
30 illik işğaldan tam suverenliyə - Prezident İlham Əliyevin böyük Zəfəri
-
Bundesliqa: “Bavariya” darmadağınla qalib gəldi
-
Nərgiz Rüstəmovaya yüksək vəzifə verildi
-
Qış gəlmədən ehtiyatınızı görün çağırışı edildi
-
Bakıda parkda şüşə konstruksiyada yaranan çatlar təhlükəlidir? - (Video)
-
İki gəlin, iki bəy eyni məclisdə evləndi – (Video)
-
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
-
Rusiyada uşaqlara Burak adını verirlər





