Maraqlı

İsti havada nə qədər su içmək lazımdır? - Həkimdən tövsiyə

9 Avqust 2022 23:45
1 Şərh     Baxış: 1 723
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İsti havada orqanizm sürətlə tər ifraz edir və bu da susuzlaşmaya səbəb olur.

Susuzlaşma çox təhlükəli haldır ki, qanın qatılaşmasına, damarlarda trombların əmələ gəlməsinə və digər patoloji hallara səbəb olur. Ağır susuzlaşma hətta ölümlə nəticələnə bilər. Susuzlaşma uşaqlar üçün xüsusilə təhlükəlidir.

Susuzlaşmanın əlamətləri bunlardı:

- ürək döyünməsinin artması

- təzyiqin düşməsi

- dəri və selikli qişaların quruluğu

- zəiflik, süstlük

-güclü  baş ağrısı

Bəs isti havada nə qədər maye içmək lazımdır ki, susuzlaşma yaranmasın?

Saglamolun.az mir24.tv-ya istinadla bildirir ki, rusiyalı həkim Oleq Serebryanskinin sözlərinə görə, burada "qızıl standart" yoxdur. Hər şey insanın çəkisindən və havanın temperaturundan asılıdır.

Belə ki, insanın çəkisi 50-55 kq, havanın temperaturu 23 dərəcəyə qədərdirsə, o, 1,5 l, havanın temperaturu 25-29 dərəcədirsə - 2 l, 30 dərəcədən yuxarıdırsa - 2,5-3 l maye qəbul etməlidir. Bədən çəkisi artıqca mayenin miqdarı da artır.

İnsan gün ərzində əsasən sərin otaqda, kondisionerin altında qalırsa və fiziki işlə məşğul olmursa, ona daha az maye lazım olacaq. İnsan açıq havada, məsələn, tikintidə işləyirsə, daha çox maye qəbul etməlidir.

Həkimin sözlərinə görə, susuzlaşmadan xilas edən ən yaxşı vasitə adi sudur. Şirin qazlı sular, şirələr bu mənada fayda vermir. Onlar şəkərlə zəngindir ki, du da susuzlaşmanı daha da artırır.

İsti havada spirtli içkilərin qəbulu xüsusilə təhlükəlidir. Spirt orqanizmdən mayenin daha sürətlə çıxmasına səbəb olur, ürəyə düşən gərginliyi artırır.   

Həkimin sözlərinə görə, bəzi ürək, böyrək və s. xəstəlikləri zamanı insana çoxlu maye qəbul etmək olmaz ki, bu onun vəziyyətini ağırlaşdıracaq. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.