Maraqlı

Şəkər xəstələri qarpız yeyə bilərmi?

9 Avqust 2022 19:01
0 Şərh     Baxış: 971
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yay fəsli gəldikdə ən çox gələn sualların əksəriyyəti, diabetlilərin, üzüm, əncir, qarpız kimi meyvələri yemələri haqqında olur.

Milli.Az medicina.az-a istinadən xəbər verir ki, həkim endokrinoloq Fərhad Burzu bu barədə maarifləndirici məlumat paylaşıb.

Həkim bildirib ki, diabet xəstələri qarpız, yemiş, üzüm, əncir kimi yay meyvələrini çox diqqətli istifadə etməlidir. Qlikemik indeksi yüksək olan qidalar, meyvələr qanda şəkərin səviyyəsini sürətlə yüksəldir:

"Qarpız, yemiş, üzüm, əncirdə qlikemik indeks yüksək olduğu üçün daha diqqətli istifadə etmək lazımdır. Buna görə də bu növ meyvələr 1 balaca porsiya (qlikemik indeksi və kaloriyası tənzimlənərək) miqdarında yeyilməlidir.

Yüksək Qİ-li meyvəni süd məhsulu ilə birgə qəbul etdikdə qlikemik indeksini aşağı salır. Darçın qanda şəkəri tənzimlədiyi üçün meyvələrlə istifadə etmək faydalıdır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.