Maraqlı

Kukla ilə evlənən qadın toydan sonra "hamilə qaldı" - FOTO

30 İyul 2022 09:54
4 Şərh     Baxış: 2 458
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Braziliyada 37 yaşlı Meirivon Roça Moraes ailə arzusunda olmasına baxmayaraq özünə həyat yoldaşı tapa bilməyib. 

Milli.Az lent.az-a istinadən bildirir ki, bu səbəbdən onun anası "cır-cındır"dan kukla düzəldərək qızı ilə evləndirib.

Maraqlısı odur ki, nikahdan sonra "cütlük"dən uşaq dünyaya gəlib. 

Moraes deyib ki, "ərini" görən kimi aşiq olub.

Rəsmi nikah mərasiminə 250 nəfər qatılıb. Toydan sonra yeni evlənənlər Rio-de-Janeyroya bir həftəlik səyahətə çıxıblar. Moraesin dediyinə görə, qayıtdıqdan qısa müddət sonra onda doğuş sancısı başlayıb.

Qadın evdə həkim və tibb bacısının müşayiəti ilə canlı yayımda doğuş edib. Bütün proses 35 dəqiqə çəkib. Həmin səhnəni 200 nəfər internet üzərindən izləyib. 

Dünyaya gələn kukla körpəyə "Marselinyo" adı verilib. Moraes xoşbəxt evli olduğunu bildirir, lakin ailədə yeganə işləyən özü olduğundan çətinlik çəkdiyini də etiraf edib.

Yeni gəlin əlavə edib ki, ailəsi ilə mükəmməl həyat keçirir, çünki onunla heç kim mübahisə etmir, nə deyirsə, qəbul olunur.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.